Azərbaycan millisi FİFA reytinqində 3 il öncəki göstəricisini təkrarlayıb

Azərbaycan millisi FİFA reytinqində 3 il öncəki göstəricisini təkrarlayıb
13:17 20 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi FİFA-nın son reytinq siyahısında 45 pillə irəliləyərək 88-ci sırada qərarlaşıb. "Report"un məlumatına görə, bu, siyahıda ikinci ən böyük sıçrayış kimi qeydə alınıb.
Ən yaxşı göstərici 49 pillə irəliləyərək, 326 xalla 56-cı mövqedə yer alan Monteneqro yığmasına məxsusdur. 
Azərbaycan ilk dəfə 2013-cü ilin məhz oktyabr ayında 88-ci pillədə qərarlaşıb. Hazırkı göstərici millinin tarixində ən yaxşı 6-cı nəticədir. 2014-cü ilin aprel və may aylarında Berti Foqtsun rəhbərlik etdiyi komanda 85-ci pillədə yer alıb. Həmin ilin iyununda 83-cü pilləyə yüksələn Azərbaycan iyulda 73-cü pillədə dayanıb. Milli komanda avqust ayında da 73-cü pilləni ələdən verməyib.
Üstəlik Azərbaycan yığması Cənubi Qafqaz ölkələri arasında 1-ci, keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəriciyə malik 5-ci komandadır. Yığma komanda bu siyahıda yalnız Ukrayna, Özbəkistan, Rusiya və Belarusdan geri qalır:
29. Ukrayna - 803 (0)
48. Özbəkistan - 617 (+1)
53. Rusiya - 594 (-15)
77. Belarus - 452 (-20)
88. AZƏRBAYCAN - 404 (+45)
90. Qazaxıstan - 386 (-7)
98. Litva - 347 (+19)
99. Qırğızıstan - 343 (+9)
114. Türkmənistan - 309 (+2)
116. Latviya - 306 (-21)
119. Estoniya - 299 (+11)
122. Gürcüstan - 276 (+15)
125. Ermənistan - 270 (-13)
140. Tacikistan - 227 (+4)
173. Moldova - 119 (-12)

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisi-fi-fa-reytinqinde-3-il-onceki-gostericisini-tekrarlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR