Mərhum xalq artistinin mülkü satışa çıxarıldı - övladları evi bölə bilmirlər

Mərhum xalq artistinin mülkü satışa çıxarıldı - övladları evi bölə bilmirlər
13:17 20 Oktyabr 2016
511 Şou
Ölkə mətbuatı
A- A+

Mərhum xalq artisti Elxan Əhədzadənin mülkü satışa çıxarılıb.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Xaqani küçəsində yerləşən ev satılaraq pulu birinci və ikinci nikahından olan oğlanları arasında bölünəcək.

Sənətkarın ikinci həyat yoldaşı Səbinə Məmmədova xəbəri təsdiqləyib.

Qeyd edək ki, xalq artistinin ilk nikahından olan oğlunun 42, ikinci nikahından olan oğlunun isə 11 yaşı var.

Xatırladaq ki, Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 2010-cu ilin 8 oktyabr tarixində vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/481335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR