Rusiyalı yazıçı Valeri İvanov-Taqanskinin əsəri Azərbaycan dilinə tərcümə olunub

Rusiyalı yazıçı Valeri İvanov-Taqanskinin əsəri Azərbaycan dilinə tərcümə olunub
13:22 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiyalı yazıçı Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabı Azərbaycan dilinə tərcümə olunub. 
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, kitab Moskvanın məşhur Taqanka teatrınnın tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havası ilə yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.
Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.
Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası vasitəsi ilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/rusiyali-yazici-valeri-i-vanov-taqanskinin-eseri-azerbaycan-diline-tercume-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR