Azərbaycan millisindən fantastik irəliləyiş - 45 PİLLƏ

Azərbaycan millisindən fantastik irəliləyiş - 45 PİLLƏ
13:23 20 Oktyabr 2016
208 İdman
Ölkə mətbuatı
A- A+

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan millisi 404 xalla 88-ci pillədə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri bu uğura DÇ-2018-in Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində nail olub. Komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.

Türkiyənin milli 4 pillə geriləyərək, 25-ci yerə düşüb.

Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

Azərbaycan millisi və “qonşularımız”

84 (78). Çin - 419

85 (91). Keniya - 416

86 (82). Honduras - 411

87 (93). Haiti - 405

88 (133). Azərbaycan - 404

89 (104). Bolqarıstan - 395

90 (83). Qazaxıstan - 386

91 (85). Qətər - 385

92 (81). Ekvatorial Qvineya - 380

İlk onluq

1 (1). Argentina - 1621

2 (3). Almaniya - 1465

3 (4). Braziliya - 1410

4 (2). Belçika - 1382

5 (4). Kolumbiya - 1361

6 (6). Çili - 1273

7 (8). Fransa - 1271

8 (7). Portuqaliya - 1231

9 (9). Uruqvay - 1175

10 (11). İspaniya - 1168

DÇ-2018. Seçmə mərhələdəki rəqiblərimiz

2 (3). Almaniya - 1465

36 (30). Şimali İrlandiya - 739

40 (33). Çexiya - 663

81 (70). Norveç - 438

201 (201). San-Marino - 17


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR