“Məqsəd Mosulun İŞİD-dən təmizlənməsi yox, Yaxın Şərqin
yeni xəritəsini çəkməkdir”.
Publika.az xəbər verir ki, bu barədə “Star” qəzetinin köşə
yazarı Ahmet Kekeç bildirib.
Yazar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Con Brennanın
İraqın bölünəcəyini hələ əvvəldən xəbər verdiyinə diqqət çəkib.
C.Brennan Amerika mediasına müsahibəsində bildirmişdi ki, Suriya və
İraqın ərazi bütövlüyünü qorumaq mümkünsüz görünür.
“Etnik və məzhəb qarşıdurması hər iki ölkəyə zərər verir. Yaxın
dövrdə hər iki ölkədə muxtar vilayətlər yarana bilər”, - Amerika
kəşfiyyat şefi belə qeyd etmişdi.
Ahmet Kekeçə görə, Brennanın dediyi “yaxın dövr” gəlib çatıb.
“İki il öncə heç bir güllə atmadan Mosulu İŞİD-ə təslim etdilər.
Bunu ABŞ-ın kuklası olan İraq mərkəzi hökuməti etdi. Rəsmi Bağdadın
nümayəndələri sonradan bunu etiraf etdilər də. Görünür, koalisiya
gücləri İŞİD-in böyüməsi və dünyada ən vəhşi terror təşkilatı
səviyyəsinə qalxmasına qədər gözlədilər. Bu müddətdə Mosulun
İŞİD-in əlində olmasına da göz yumdular. İndi Mosulu yenidən
alırlar. Burada əsas məqsəd Mosulu xilas etmək yox, İraqı
bölməkdir”, - deyə o bildirib.
Türkiyəli yazar qeyd edib ki, Amerika və İran gizli şəkildə razılıq
əldə edib və bu razılıq əsasında İraq parçalanacaq.
Qeyd edək ki, İran Suriyada Rusiya ilə birgə hərəkət edir və
iddialara görə, Suriyanın bölünməsi ilə bağlı Rusiya ilə razılıq
əldə etdiyinə dair iddialar var.
Asif