Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Trans-Avropa nəqliyyat şəbəkəsinin genişləndirilməsində iştirak edəcək

Azərbaycan Trans-Avropa nəqliyyat şəbəkəsinin genişləndirilməsində iştirak edəcək

Date: 20 October 2016 13:27

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Brüsseldə (Belçika) Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Proqramının "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma" üzrə II çoxtərəfli platforma çərçivəsində nəqliyyat panelinin XI iclası keçiriləcək.
Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, iclas zamanı Rotterdam (Niderland) şəhərində keçirilmiş proqramda iştirak edən ölkələrin nəqliyyat nazirlərinin görüşündən sonra həyata keçirilən işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də Trans-Avropa (TEN-T) şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirmə mexanizmləri ilə bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, müzakirələrdə Azərbaycan Nəqliyyat Nazirliyi və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.

Tags:  Azərbaycan Trans-Avropa nəqliyyat şəbəkəsinin genişləndirilməsində iştirak edəcək


RƏYLƏR


Top news