Azərbaycana psixotrop maddə keçirmək istədilər

Azərbaycana psixotrop maddə keçirmək istədilər
13:37 20 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/481355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR