Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda şagirdi döyən müəllim və məktəb direktoru işdən çıxarıldı

Bakıda şagirdi döyən müəllim və məktəb direktoru işdən çıxarıldı

Date: 20 October 2016 13:47

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb.

Milli.Az bildirir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.
 
Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.
 
Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.

Milli.Az


Tags:  Bakıda şagirdi döyən müəllim məktəb direktoru işdən çıxarıldı

RƏYLƏR


Top news