34 illik SİRR: 15 yaşlı Eldar niyə ölmüşdü? - 7 il gizlədilmiş FACİƏ

34 illik SİRR: 15 yaşlı Eldar niyə ölmüşdü? - 7 il gizlədilmiş FACİƏ
13:49 20 Oktyabr 2016
142 Digər
Ölkə mətbuatı
A- A+

Mövlud… Mövlud… (16 Mart 2017 14:08)

 

“Dünən Lenin adına Mərkəzi stadionunda keçirilmiş futbol matçından sonra, stadionu tərk edən azarkeşlərin sıxlıq yaratması nəticəsində bədbəxt hadisə baş vermişdir. Bir neçə xəsarət alan var. Baş vermiş hadisəylə bağlı araşdırma aparılır”.

 

“Pravda” qəzeti,  21 oktyabr 1982-ci il.

 

Səhər tezdən “Pravda” qəzetini köşklərdən alan moskvalıların əslində bir həqiqətdən və özü də əsil həqiqətdən xəbərləri yox idi. Və elə həmin dəqiqələrdə, elə sübh tezdən SSRİ rəhbərlərindən biri, keçmiş çekist Yuri Andropov xəstəhal olsa da, Sklifosovski adına xəstəxanaya gedərək, baş verən faciədən şəxsən agah olmuşdu: Hə, doğrudan da xəsarət alanlar vardı. Onların sayı isə rəsmi xəbərlərdə deyildiyi kimi bir neçə nəfər deyildi: 111 nəfər idi. Amma… Ən dəhşətlisi bu deyildi. Ən dəhşətlisi 111 nəfərdən başqa 66 nəfərin də həyatını itirməsi idi! Kreml isə bu faciənin miqyasını gizlətmək qərarına gəlmişdi. Özü də düz 7 il. Düz 7 ildən sonra, “Sovetskiy sport” qəzetinin 8 iyul 1989-cu il tarixli sayında ““Lujniki”nin qaranlıq sirri” adlı məqalə çıxandan sonra sovet insanı bu faciədən xəbər tuta bilmişdi. Hə, 20 oktyabr 1982-ci ildə, UEFA Kubokunun 1/16 mərhələsi çərçivəsində adıgedən stadionda “Spartak” Hollandiya “Harlem”ini qəbul edirmiş. Sovet klubunun qələbəsi ilə başa çatan oyundan sonra stadionda basabas düşmüş, nəticədə 66 nəfər ölmüş, 111 nəfər ağır yaralanmışdı…


***

 

…Oyun “Spartak”ın üstünlüyü ilə keçmişdi. 16-cı dəqiqədə Edqar Qess hesabı açmış və hesab görüşün sonuna qədər belə qalmışdı. Artıq 89-cu dəqiqədən etibarən azarkeşlər “Lujniki”nin “S” tribunasının qapılarına doğru axışmağa başlamışdı. Bəs niyə məhz bu tribunanın? Hə, bu da təsadüfi deyildi. Həmin gün 82 minlik “Lujniki” tam dolmamışdı. Moskvaya ilk qar düşmüşdü, havanın temperaturu qəfil mənfi 10 dərəcəyə düşmüşdü. Çox adam oyuna televiziyada baxmağa üstünlük vermişdi. Amma stadiona da kifayət qədər, 24 minə yaxın azarkeş gəlmişdi.

 

Oyunun başa çatmasına 16 saniyə qalmış stadiondan növbəti qol səsi qalxır. Sən demə, Sergey Şvetsov ikinci qolu hollandların qapısına vurubmuş. Tribunaya tərəf axışan azarkeşlər qəfil və kütləvi şəkildə geri dönməyə başlayır. Və hər şey də burada baş verir. Baş verən basabas nəticəsində kütlə bir-birinin üstünə çıxır az qala. Onlarla yeniyetmə ayaqlar altında qalır. Hə, məhz yeniyetmə. Çünki oyuna gələnlərin çoxu məhz yeniyetməydi. Ölənlərdən 40 nəfərini yaşı 18-ə çatmamışdı.

 

Oyun bitən kimi futbolçuları təcili tunelə sıxışdırmışdı stadion işçiləri. Ətrafı isə milis mühasirəyə almışdı. Təcili yardım maşınları 10 dəqiqədən sonra artıq hadisə yerindəydi. Meyitlərə əl vurmurdular. Hələ ki yaralıları daşıyırdılar. Yaralılar aparılandan sonra tribunanın ətrafında 66 nəfərin meyiti qalmışdı.


***

 

7 il sonra “Sovetski sport”da çıxan bu məqalə SSRİ-də şok yaratmışdı. Milyonlarla tirajı olan qəzet əl-əl gəzirdi. Səhəri gün isə Hollandiyanın NOS telekanalı “Sovetski sport”da yazılanlarla bağlı süjet vermişdi efirə. “Harlem”in oyunçuları məhz bu süjetdən sonra 7 il əvvəl baş verən faciədən xəbər tutmuşdular.

 

***

 

Baş verən hadisəyə görə, stadionun direktoru Kokrışev və komendantı Pançixin məsuliyyətə cəlb edilirlər. Vəssalam. Başqa heç nə. Ölənlərin ailələrinə heç bir kompensasiya ödənilmir. Hətta kütləvi dəfn mərasimi belə keçirilmir. Həlak olanları iki-bir, üç-bir ayrı-ayrı qəbiristanlıqda dəfn edirlər. Kütləvilik gözə dəyməsin deyə.


***

 

66 nəfər həlak olan azarkeş arasında 15 yaşlı azərbaycanlı Eldar Abdullayev də vardı. Bu gün, hər il olduğu kimi yenə “Spartak” azarkeşləri, eləcə də həlak olanların əzizləri faciədən 10 il sonra “Lujniki” stadionunu qarşısında qoyulmuş abidəni ziyarət edəcəklər.

 

O vaxtkı Moskva meri Yuri Lujkovun sərəncamıyla qoyulan bu abidə “Spartak” azarkeşləri üçün müqəddəsi sayılır. Ölənlərin hamısının xatirəsi onlar üçün əzizdir. Eləcə də 15 yaşlı Eldarın...

 





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cəbhədən son xəbər: ermənilər kəndlərimizi atəşə tutub

25 İyun 2017 09:59

Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı

25 İyun 2017 09:57

Ermənilər minaatanlarla atəşkəsi 148 dəfə pozdu

25 İyun 2017 09:55

Bakıda arvad ərini döydü

25 İyun 2017 09:48

Ermənistan silahlı bölmələri minaatanlardan ordumuzun mövqelərini atəşə tutub

25 İyun 2017 09:47

Uşaqların ilanla ölümcül oyunu-

25 İyun 2017 09:46

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:42

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

25 İyun 2017 09:39

Sumqayıtda meyvə-tərəvəz köşkü yanıb

25 İyun 2017 09:36

Dünyanın ən gözəl istirahət guşələri - VALEHEDİCİ FOTOLAR

25 İyun 2017 09:33

Yaponiyada güclü zəlzələ olub

25 İyun 2017 09:32

Abşeronda mərmər sexi yanıb

25 İyun 2017 09:29

Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

25 İyun 2017 09:24

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 09:17

Pakistanda tankerdə yanğın: 123 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 İyun 2017 09:08

Bu günə olan valyuta məzənnələri -

25 İyun 2017 09:08

Abşeronda sex, Sumqayıtda köşk yandı

25 İyun 2017 09:04

SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi

25 İyun 2017 08:58

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

25 İyun 2017 08:54

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

25 İyun 2017 08:43

Çaylarda sululuq səviyyəsi açıqlandı

25 İyun 2017 08:36

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

25 İyun 2017 08:23

Bu günün hava proqnozu -

25 İyun 2017 08:20

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

25 İyun 2017 08:03

Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 08:02

Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşir

25 İyun 2017 08:01

​Venesuelada vəziyyət nəzarətdən çıxır -

25 İyun 2017 07:35

Yaponiyada zəlzələ baş verdi

25 İyun 2017 07:33

Türk rəssamın fantastik kollajları - FOTO

25 İyun 2017 07:32

Mosulda güclü partlayış olub: 12 ölü, 20 yaralı

25 İyun 2017 07:29

Yaponiya silkələndi

25 İyun 2017 07:09

Boksçu məşq zalından çıxarkən güllələndi

25 İyun 2017 06:53

İnterpolun rəhbəri dünya üçün 3 əsas təhdidi açıqladı

25 İyun 2017 06:39

Əsl evlərə bənzəyən kağız binalar - FOTO

25 İyun 2017 06:32

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51

70 yaşlı müğənni bikinili fotosunu paylaşdı

25 İyun 2017 05:44

Qırmızı işıqda keçdi, qəza törətdi - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyun 2017 05:23

Ulduz futbolçu karyerasını bitirdi - VİDEO

25 İyun 2017 04:58

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50