Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mark Zukerberq qızının fotosunu paylaşdı - FOTO

Mark Zukerberq qızının fotosunu paylaşdı - FOTO

Date: 20 October 2016 13:52

Mark Zukerberq "facebook" səhifəsində qızının yeni fotosunu paylaşıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, gənc milyarder öz səhifəsində bu il dekabr ayında bir yaşı tamam olacaq qızının danışmağa başladığını yazıb. Körpənin ilk sözü nə ana, nə də ata olub. Qızcığaz Bist ləqəbli macar çoban itini çağıraraq valideynlərini təəccübləndirib. Mark paylaşdığı fotoya: "Maks Bisti sevir. Onun ilk sözü it oldu", - deyə qeyd edib.
Xatırladaq ki, Markın iti dünyada çox məşhurdur. "Facebook"un yaradıcısı ona hətta sosial şəbəkələrdə səhifə də açıb. O, bu səhifələrdə mütəmadi olaraq itinin şəkillərini paylaşıb.

Milli.Az



Tags:  Mark Zukerberq qızının fotosunu paylaşdı FOTO

RƏYLƏR


Top news