Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ ən pis ssenarini açıqladı: Türkiyə...

ABŞ ən pis ssenarini açıqladı: Türkiyə...

Date: 20 October 2016 13:53

ABŞ İraqda ən pis ssenarini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ rəhbərliyindən yüksək vəzifəli bir səlahiyyətli AFP agentliyinə açıqlamasında Ankara və Bağdadın döyüş meydanında üz-üzə gələ biləcəyini deyib.

Onun sözlərinə görə, Ankara və Bağdad arasındakı “söz dueli” Türkiyə və İraqın hökumət güclərinin qarşıdurması ilə nəticələnə bilər. Səlahiyyətli bildirib ki, Ankara ilə Bağdad arasındakı gərginlik artdıqca, İraqın baş naziri Heydər Əl-İbadinin şiələrdən gələn çağırışlara etiraz etməsi çətinləşəcək.

“Vəziyyət çox gərgindir. İstifadə olunan üslub isə nəzarətdən çıxıb. Mümkün qarşıdurma son dərəcə narahatlıq doğuran bir ssenaridir”, - deyə amerikalı səlahiyyətli söyləyib.

Ömər Dağlı


Tags:  ABŞ pis ssenarini açıqladı Türkiyə

RƏYLƏR


Top news