Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rayonlardan birinin DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarılıb

Rayonlardan birinin DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarılıb

Date: 20 October 2016 13:57

Bakı. 20 oktyabr. REPORT.AZ/ Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
"Report"un xəbərinə görə, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.
Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.
Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Tags:  Rayonlardan birinin DYP rəisi işdəki qüsurlarına vəzifədən çıxarılıb

RƏYLƏR


Top news