Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Günay İbrahimli: "Pəhriz saxlamaq mənlik deyil" - FOTO

Günay İbrahimli: "Pəhriz saxlamaq mənlik deyil" - FOTO

Küsülü olan Günay və əkizlər salamlaşmadı (27 Mart 2017 14:59)
Türkiyəli müğənni indi də Günay İbrahimlinin mahnısını oxudu – VİDEO (15 Mart 2017 17:48)
Günay yenə dəyişdi - FOTOLAR (12 Mart 2017 12:27)

Tarix: 20 Oktyabr 2016 14:05

Müğənni Günay İbrahimli tədbirlərin birində fotokamermaız qarşısına keçib. 

Son günlər xeyli çəki aldığını deyən ifaçı axşam.az-a açıqlamasında pəhriz saxlaya bilmədiyini söyləyib:

"Mənim normal çəkim 53 kiloqramdır. Hazırda 58 olmuşam, 5 kiloqram atmalıyam. Pəhriz saxlaya bilmirəm, mənlik deyil. Amma idman edirəm. Şirniyyatı çox sevən biri necə pəhriz saxlasın?"

G.İbrahimli dadlı yeməklər hazırladığını bildirib:

"Elə bilirlər ki, müğənniyəm, yemək bişirə bilmirəm. Xeyr, çox qəşəng yeməklər hazırlayıram. Düzdür, işimin çoxluğundan mətbəxə az girirəm. Amma bütün xörəkləri hazırlaya bilirəm".

İfaçı yeni film təklifi aldığını da deyib:

"Film, serial təklifi var, amma istəmirəm. Ssenariləri oxuyuram, əgər normal komanda olsa, filmə çəkiləcəm. Serial isə istəmirəm. Bizdə hamı komediyaya üstünlük verir. O da mənlik deyil".

Milli.Az









Teqlər:  Günay İbrahimli Pəhriz saxlamaq mənlik deyil FOTO



RƏYLƏR


Top xəbərlər