Türkiyəli aktyor Tolqahan Sayışman yeni serial təklifi alıb.
Milli.Az "Cadde"yə istinadla bildirir ki, "Asla vazgeçmem" serialı ilə daha da məşhurlaşan aktyora "Gold Film" çəkiləcəyi serialın ilk 13 seriyası üçün 1 milyon 200 min türk lirəsi təklif edib.
Aktyor təkliflə razılaşsa, ona hər seriyaya görə 95 min lirə veriləcək.
Qeyd edək ki, yeni serial yanvardan yayımlanacaq.
Milli.Az