Bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində PAOK-u qəbul edəcək “Qarabağ” ciddi problemlə üzləşib. Fanat.Az xəbər verir ki, Ağdam klubu yunanlarla oyunda 2 aparıcı oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Söhbət hücumçu Reynado Dos santos və Migel Madeyradan gedir. Hər iki oyunçu zədə səbəbi ilə bu gün meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, “Qarabağ” – PAOK oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Fanat.Az