Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edir

Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edir

Date: 20 October 2016 14:07

Batumi. 20 oktyabr. REPORT.AZ/ Batumi şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, turnirin açılış mərasimində Acariya hökumətinin nümayəndələri, Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze iştirak ediblər.
Acarıstan hökumətinin sədri Zurab Pataradze ilk simvolik gediş edib.
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Azərbaycanın yeniyetmə şahmatçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Oktyabrın 30-da başa çatacaq çempionatda 66 ölkədən 728 idmançı iştirak edir.




Tags:  Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edir

RƏYLƏR


Top news