Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qrip yayılıbmı?

Azərbaycanda qrip yayılıbmı?

Date: 20 October 2016 14:08

Son günlər havaların soyuması, temperaturun aşağı enməsi yuxarı tənəffüs yolları xəstəliklərinin sayını artırıb. Xəstəlik əsasən, boğazağrısı, yüksək temperatur, halsızlıqla müşahidə edilir. Sinoptiklərin növbəti günlərdə havaların yenidən kəskin soyuması ilə bağlı xəbərdarlığını nəzərə alsaq, xəstəliklərin daha da artacağın söyləmək olar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ditektor müavini Afaq Əliyeva Publika.az-a açıqlamasında bu il kəskin respirator virus infeksiyaları ilə bağlı müraciətlərin ötən illə eyni səviyyədə olduğunu deyib: “Kəskin respirator virus xəstəliklərində artım müşahidə edilmir. Nisbətən ağır keçirən xəstələrin laborator müayinəsi həyata keçirilir. Bu mövsümdə hələ ki, qrip virusları aşkar edilməyib. Vəziyyət sabit olaraq qalır. Təbii ki, tək-tək xəstələr olur. Onlar da yerli poliklinikalara müraciət edib, həkim nəzarətində müalicə olunmalıdır. Vaxtında müalicə edilərsə, tez sağalar”.

A.Əliyeva bildirib ki, səhiyyə nazirinin in sonuncu imzaladığı əmrə əsasən, qrip və kəskin respirator virus xəstəliklərinə qarşı aparılan tədbirlər daha da gücləndirilib: “Məktəblərdə, məktəbəqədər uşaq müəssisələri və tibb müəssisələrində dezinfeksiya rejim gücləndirilib”.

Mövsümü infeksiayalara qarşı peyvəndlərə gəldikdə, A.Əliyeva hazırda qripə qarşı peyvənd aparılmadığını deyib: “Lakin hər hansı vətəndaş peyvənd olunmaq üçün hər hansı özəl tibb müəssisəsinə müraciət edə bilər”.

Gülxar


Tags:  Azərbaycanda qrip yayılıbmı

RƏYLƏR


Top news