"Baku Business Factory” Böyük Britaniya şirkətləri ilə əlaqələri genişləndirir

"Baku Business Factory” Böyük Britaniya şirkətləri ilə əlaqələri genişləndirir
14:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün “Baku Business Factory” ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
“Report” xəbər verir ki, görüşdə “Baku Business Factory”nun direktoru Əlövsət Müslümov, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin beynəlxalq ticarət palatasının əməkdaşları Şəms Süleymanova, Ülkər Səfərəliyeva və Əsmər Əliyeva iştirak ediblər.
Görüş zamanı diplomatik nümayəndəliyin üzvlərinə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.
Müzakirələr zamanı gənc yaşda öz biznesini qurmaq istəyən sahibkarlara maddi-texniki və maliyyə dəstəyinin göstərilməsi üçün yeni təcrübə mübadiləsi və əməkdaşlığa gedən yolların axtarılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, gənclərin “start up” layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Böyük Britaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan “start up” layihələrin əlaqələndirilməsi məsələsi müzakirə olunub.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.







Xəbərin orijinal ünvanı: http://report.az/biznes/baku-business-factory-boyuk-britaniya-sirketleri-ile-elaqeleri-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR