"Qala Sığorta"nın rəhbərliyinə daha bir təyinat olub

"Qala Sığorta"nın rəhbərliyinə daha bir təyinat olub
14:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin İdarə Heyətinə (İH) sədr müavini təyin edilib. 
Bu barədə "Report"a şirkətin İH-nin sədri Viladi Maniyev məlumat verib.
Onun sözlərinə görə, söhbət Fuad Allahverdiyevdən gedir. O, indiyə qədər "Qala Sığorta"nın İddialara nəzarət Departamentinin direktoru olub.
V.Maniyev və F.Allahverdiyevdən başqa şirkətin İH-də həm də Elmar İslam (baş mühasib) və Ülkər Əhmədzadə (məsul aktuari) üzv kimi təmsil olunurlar.
"Qala Sığorta"da iddialara nəzarət isə Elçin Süleymanova həvalə edilib. O, bundan əvvəl "Günay Sığorta" ASC-nin Təkrarsığorta və anderraytinq Departamentinin direktoru olub.
Xatırladaq ki, bundan əvvəl "Qala Sığorta"nın Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib, qurumun tərkibi yenilənib.
"Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6,787 mln. manatdır. Şirkətin səhmləri 100% "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qala-sigorta-nin-rehberliyine-daha-bir-teyinat-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR