FIFA-dan "Rəvan"a növbəti zərbə

FIFA-dan "Rəvan"a növbəti zərbə
14:17 20 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Birinci diviziondan ara-sıra Premyer Liqaya boylanan, lakin dərhal yerini göstərib, geri qytarılan “Rəvan”ın turnir cədvəlində müsbət xal saldosu uzun sürməyəcək. Fanat.Az xəbər verir ki, cari mövsümə -3 xalla başlayan paytaxt təmsilçisi 2-ci qələbədən sonra aktivinə ilk 3 xalı yazdırmışdı. Ancaq Bəhmən Həsənovun baş məşqçisi olduğu komanda yenə də “palçığa” düşdü.


2014-cü ildə Nuru Əliyevin sahibi olduğu klubun şərəfini qoruyan braziliyalı Julio Sezar may, iyun və iyul aylarının məvacibini almadığı üçün FIFA-ya şikayət edib. Ali futbol qurumu məsələni xeyli araşdırdıqdan sonra cənubi amerikalının şikayətini haqlı sayıb.


Qərara əsasən “Rəvan” müqaviləni birtərəfli şəkildə pozduğuna görə, Sezara 65 min dollara yaxın kompensasiya ödəməlidi. Bundan əlavə, FIFA işə baxdığı üçün günahkar tərəfə (“Rəvan" klubuna) ayrıca cərimə də kəsib – 10 min İsveçrə frankı. Bu da ümumilikdə, təqribən 75 min dollar edir.


Nəzərə alsaq ki, “Rəvan”ın heç futbolçularına maaş verməklə arası yoxdu, 75 min dollarlıq cəriməni ödəyəcəyi mümkünsüz görünür. Belədə, klubun hesabından daha 6 xal silinəcək ki, bu da çepionatın startındakı vəziyyətə gətirib çıxaracaq. Başqa sözlə, “Rəvan”ın hesabında yenə -3 xal olacaq.

(azerifootball)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-dan-quotrvanquota-novbti-zrb-t53481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR