Azərbaycana böyük bir layihə gəlir - VİDEO

Azərbaycana böyük bir layihə gəlir - VİDEO
14:18 20 Oktyabr 2016
121 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur teleaparıcı, şoumen Murad Dadaşov yaxın günlərdə efirdə "Davam, ya tamam" adlı yeni layihəsi ilə görünəcək.

Publika.az xəbər verir ki, şoumen dünya şöhrətli “Endomol Shine Group” ilə müqavilə imzalayıb. Aparıcı ATV telekanalında tezliklə başlayacaq verilişinin anonsunu şəxsi instaqram hesabında izləyiciləri üçün paylaşıb. Aparıcının sözlərinə görə, komandası artıq startdadır: “Həyəcan dolu bu sualı verməyə çoxdan hazırlaşırıq. Davam ya tamam? Cavabı gözləməyə dəyər!”

Aparıcı dünya şöhrətli ulduzların layihədə iştirak edəcəyini istisna etməyib. O, məşhur simaları Bakıya dəvət etməyi düşündüyünü xüsusi vurğulayıb.

Qeyd edək ki, vaxtilə bu veriliş Space-nin aparıcısı Mikayıl Güləddinoğlunun (onda M.Güləddinoğlu prodakşınla çalışırdı – C.) aparıcılığı ilə efirdə nümayiş olunmuşdu.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR