“Lider” telekanalında yayımlanan “Deyilənə görə” verilişinin yeni buraxılışı həftənin cümə günü efirə gedəcək.
Axşam.az-ın məlumatına görə, proqramın bu buraxılışında xalq artisti Fəxrəddin Manafov verilişlərdən imtina etməsinin səbəbini açıqlayacaq. Müğənni Ramal İsrafilov ərəb rəqsi oynayacağını deyib. Samirə Əfəndiyeva söz-söhbətə səbəb olan dəniz geyimindən danışacaq.
Proqramın sözügedən buraxılışı saat 22:00-da efirə gedəcək.