Mourinyo "Fənərbağça" ilə oyundan danışdı

Mourinyo "Fənərbağça" ilə oyundan danışdı
14:32 20 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində "Mançester Yunayted" "Fənərbağça"nı qəbul edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Mourinyo oyunla bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, "Fənərbağça" olduqca keyfiyyətli oyunçuları heyətinə cəlb edib. Bizim oyun qrafikimiz olduqca sıxdır və bu o deməkdir ki, həftə bizim üçün olduqca çətin olacaq. Bizim ən böyük üstünlüyümüz sadəcə mükəmməl futbolçuların bir yerdə olması deyil, həm də onların bir-biri ilə dost olmasıdır".

Təxmini start heyətlə bağlı açıqlama verməkdən çəkinən Mourinyo sadəcə Lyuk Şounun heyətdə olacağının dəqiq olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR