İlhamə Quliyevaya brilyant verənlərə cavab: ""Duxu"nuz çatırdısa..."

İlhamə Quliyevaya brilyant verənlərə cavab: ""Duxu"nuz çatırdısa..."
14:37 20 Oktyabr 2016
1041 Ölkə
Ölkə mətbuatı
A- A+

Şou-biznesin tanınmış nümayəndələri xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya ad günündə bahalı hədiyyələr bağışladıqlarını etiraf ediblər. 

Xalq artisti Səməd Səmədov, müğənni Nadir Qafarzadə, Manaf Ağayev, Röya mərhumun əziz günlərində ona brilyant üzük və digər bahalı zinət əşyaları hədiyyə etdiklərini dilə gətiriblər. İfaçılardan kimisi İlhamə Quliyevanın buna layiq olduğunu, kimisi isə ad günlərində xanıma qızıl-zinət əşyalarının bağışlanmasının ənənə olduğunu deyib. 

Milli.Az bildirir ki, sənətkarın yaxın qohumu Əli Mirəliyev isə aznews.az-a açıqlamasında deyib ki, kişi qadına ad günündə bağışladığı hədiyyəni dilinə gətirməz: "Hədiyyə bağışlandı, vəssalam, sənin deyil artıq. İstər nazir ol, istər məmur, istər müğənni, istərsə də şou-biznes zibili, nə olursan-ol, sən kişisən axı. Əgər bir qadına hədiyyə etmisənsə, onu sonradan dilinə gətirməyin nə mənası. Bu, kişiyə yaraşan hərəkət deyil". 

Ə.Mirəliyev İlhamə Quliyevanın Azərbaycanda 3 görkəmli nümayəndədən biri olduğunu vurğulayıb: "İlhamə Quliyeva dünyasını dəyişib. Kişi də ölmüş adamın arxasınca danışar? Sizin "duxu"nuz vardı, belə şeyləri onun sağlığında deyərdiniz. Onda baxardınız o, sizə necə cavab verərdi. Qadına nə hədiyyə edərlər? Bir də ki, ad günündə hədiyyə verərlər də. Onlara ayıb və ar olsun. Oxumağı, çalmağı bilməyən insanlar İlhamə Quliyevanın haqqında fikir irəli sürürlər". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR