Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "Peyklə işğal altında olan ərazilərimizin talan olunmasını təsdiqləyən materiallar toplanıb"

Nazir: "Peyklə işğal altında olan ərazilərimizin talan olunmasını təsdiqləyən materiallar toplanıb"

Date: 20 October 2016 14:42

"Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ağcabədiyə səfəri zamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
 
O bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərin fəaliyyət göstərdiyi müəyyənləşdirilib. "Nazirlik həmin ölkələrin diqqətinə çatdırdı ki, bu, qanunsuz fəaliyyətdir".
 
Nazir xatırladıb ki, yaxın günlərdə Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir. H. Bağırov Azərbaycan peykinin uçuşunu təmin edən qurumların köməkliyi ilə işğal altında olan ərazilərdə ermənilərin xarici şirkətlərlə əlbir olaraq, Azərbaycan sərvətlərini talan etmələrini təsdiqləyən materialların toplandığını vurğulayıb. 

Milli.Az


Tags:  Nazir Peyklə işğal altında olan ərazilərimizin talan olunmasını təsdiqləyən materiallar toplanıb

RƏYLƏR


Top news