Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

PAOK-un futbolçusu Bakıda xəstələndi

PAOK-un futbolçusu Bakıda xəstələndi

Tarix: 20 Oktyabr 2016 14:47

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq PAOK-un heyətlə bağlı daha bir problemi yaranıb. 


Fanat.Az xəbər verir ki, bugünkü matçda Saloniki təmsilçisinin yarımmüdafiəçisi Yannis Mistakidisin də iştirakı sual altına düşüb.


Buna səbəb 21 yaşlı hücumameyilli futbolçunun səhhətində problem yaranmasıdır. Belə ki, gənc oyunçu hərarətinin yüksək olması səbəbindən son məşqdə iştirak etməyib. O, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı buraxa bilər. Komandanın kapitanı Stefanos Atanasiadis isə dünənki məşqdə fərdi hazırlıqla kifayətlənib. Baş məşqçi Vladimir İviç hər iki futbolçu ilə bağlı yekun qərarını oyunun başlamasına bir saat qalmış verəcək.


Qeyd edək ki, PAOK-da müdafiəçi Georgios Tzavellas və yarımmüdafiəçi Dimitris Pelkas zədə ucbatından Bakıya gətirilməyib.


Fanat.Az



Teqlər:  PAOK-un futbolçusu Bakıda xəstələndi



RƏYLƏR


Top xəbərlər