"Qarabağ"da böyük ŞOK

"Qarabağ"da böyük ŞOK
14:47 20 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-u (Yunanıstan) qəbul edəcək.

Milli.Az komanda.az-a istinadən bildirir ki,"köhlən atlar" PAOK-la görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, Ağdam təmsilçisi braziliyalı hücumçusu Reynaldo və ispan yarımmüdafiəçisi Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək.

Reynaldo "Sumqayıt"la Premyer Liqa matçında aldığı zədədən əziyyət çəkir. Miçel isə iki gün əvvəl keçirilən məşqdə zədələnib.

Yeri gəlmişkən, "köhlən atlar"ın kapitanı Rəşad Sadıqov da millinin düşərgəsində aldığı zədəsini tam sağaltmayıb. Amma baş məşqçi Qurban Qurbanov dünən keçirilən mətbuat konfransında məcbur qalarsa, Rəşadın xidmətindən istifadə edə biləcəyini demişdi.

"Qarabağ" - PAOK qarşılaşması saat 21:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR