Azərbaycana ərəb turistlərin axını nəyə səbəb olacaq?

Azərbaycana ərəb turistlərin axını nəyə səbəb olacaq?
14:47 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayının artması iki ölkə arasında biznes əlaqələrinin yaxşılaşmasına səbəb olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan-BƏƏ biznes-forumunda deyib.

O qeyd edib ki, bu il Azərbaycana ərəb ölkələrindən böyük turist axını müşahidə edildi:

"BƏƏ-dən turistlərin sayının xeyli artması bizi xüsusilə sevindirir. Düşünürəm ki, bu artım iki ölkə arasında biznes əlaqələrinin yaxşılaşmasına xidmət edəcək".

AZPROMO rəhbəri arzu etdiyini bildirib ki, ərəb şirkətləri uzunmüddətli fəaliyyət üçün platforma kimi Azərbaycanı seçsinlər: "Azərbaycana turist kimi çox tez-tez gələnlər fikirləşirlər ki, burada biznes başlasınlar, çünki ölkəmizdə bunun üçün bütün şərait yaradılıb və əlverişli biznes mühiti formalaşıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/481420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR