Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" PAOK-la oyuna itkilərlə çıxacaq

"Qarabağ" PAOK-la oyuna itkilərlə çıxacaq

Date: 20 October 2016 15:02

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qarabağ" komandası Avropa Liqasında Yunanıstan PAOK-u ilə bu gün keçirəcəyi III tur matçına futbolçu itkiləri ilə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, hücumçu Reynaldo və yarımmüdafiəçi Migel Madera görüşü buraxmalı olacaq. 
Hər iki oyunçu son məşqlərdə zədələnib. Eyni problemlə üzləşən kapitan Rəşad Sadıqovun meydana çıxıb-çıxmayacağı isə hələ bilinmir. Bundan başqa İtaliya "Fiorentina"sı ilə II tur matçında qırmızı vərəqə almış Cavid İmamverdiyev bugünkü oyunu buraxacaq.  
Klubdan PAOK-la görüşə 15 minədək biletin satıldığı da açıqlanıb. Satış göstəricisinin aşağı olması yağışlı hava şəraiti ilə əlaqələndirilir. Artıq iqlim şəraitində qismən mülayimləşmə müşahidə olunduğundan və biletlərin çoxu oyun günü alındığından, bu göstəricinin 20-25 min nəfərədək yüksələcəyi gözlənilir. 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək J qrupunun oyunu saat 21:00-da başlayacaq.

Tags:  Qarabağ PAOK-la oyuna itkilərlə çıxacaq


RƏYLƏR


Top news