Gürcüstanda seçkilərin ikinci turuna 2,5 milyon dollar tələb olunur

Gürcüstanda seçkilərin ikinci turuna 2,5 milyon dollar tələb olunur
15:07 20 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentinə seçkilərin ikinci turunun keçirilməsi üçün büdcədən əlavə olaraq 2,5 milyon dollar tələb edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jvaniya bildirib.
Məlumata görə, partiya siyahısı (proporsional-çoxmandatlı) üzrə seçki başa çatıb. İlkin məlumata əsasən, qarışıq seçki sistemində hakim "Gürcü arzusu" Partiyası 44 yer, keçmiş hakimiyyət partiyası "Vahid Milli Hərəkat" 27 yer, "Vətənsevərlər birliyi" isə 6 yer qazanıb. Gürcüstan parlamentində isə 150 yer var.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək. Seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə baş tutacaq. İki dairədə isə təkrar seçki olacaq. Təkrar seçki isə oktyabrın 22-nə təyin olunub.
Xatırladaq ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 8-də keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-seckilerin-ikinci-turuna-2-5-milyon-dollar-teleb-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR