"Qapıçı da digər futbolçular kimi oyunçudur"

"Qapıçı da digər futbolçular kimi oyunçudur"
15:32 20 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun qolkiperi Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"ə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

O, sabah meydana kapitan kimi çıxma ehtimalının olmasına da münasibət bildirib:

"Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə, əlavə məsuliyyətdir. Əslində, qolkiperin kapitan olması ciddi fərq eləmir. Hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR