Prezident İlham Əliyev: "Biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək"

Prezident İlham Əliyev: "Biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək"
15:42 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib (27 İyun 2017 15:50)
Azərbaycan və Polşa prezidentlərinin görüşü olub (27 İyun 2017 12:49)
Prezident İlham Əliyev Polşada rəsmi səfərdədir - FOTO (26 İyun 2017 20:17)

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar". 
"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşündə çıxışında deyib. 
Dövlət başçısı bildirib ki, burada bir neçə müəssisə fəaliyyət göstərəcək: "Yüzlərlə, bəlkə də minlərlə yeni iş yeri yaradılacaq. Bu sənaye parkında son illər ərzində gördüyümüz işlər artıq əyani şəkildə özünü göstərir. Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb. Bu sənaye parkının özəlliyi ondan ibarətdir ki, burada yerli biznes özü bu parkı yaradır. Sənaye parklarının yaradılması indi Azərbaycanda geniş vüsət alıb. İndi ölkəmizin müxtəlif yerlərində yeni sənaye zonaları yaradılır, dövlət investisiya ayırır - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı. Ancaq bu sənaye parkının yaradılması sahibkarlığın inkişafının göstəricisidir və sırf sahibkarlardan gələn təşəbbüsdür. Siz özünüz bu işləri görürsünüz, investisiya qoyursunuz. Buraya çox böyük həcmdə sərmayə qoyulur". 
"Burada kənd təsərrüfatının inkişafı geniş vüsət alacaq. Yaradılan bu istixanalarda çox gözəl məhsul yetişdiriləcək. Bu məhsul ixrac ediləcək, ölkəmizə valyuta gələcək. Yəni, bu işlər bu gün bizim üçün prioritet məsələlərdir. Biz kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin etməliyik ki, gələcəkdə həm daxili tələbatı yerli istehsalla təmin edək, eyni zamanda, bizim çox böyük ixrac imkanlarımız olsun. Burada istehsal olunacaq sənaye məhsulları həm daxili bazara çıxarılacaq, həm xaricə ixrac ediləcək. Kənd təsərrüfatı məhsulları da, həmçinin daxili bazarı təmin edəcək və xaricə də satılacaq. Şadam ki, bizim regionlarımızda belə gözəl işlər görülür. Əminəm ki, bu sənaye parkının çox gözəl gələcəyi var. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Gələcəkdə də sizə öz dəstəyimi göstərəcəyəm. Ağstafa Rayon İcra Hakimiyyəti də bu təşəbbüslərə böyük təkan verir. Bu da çox gözəl hadisədir, əlamətdar haldır. Mən dəfələrlə bəyan etmişəm, rayonların icra hakimiyyətləri çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Biz bunu Ağstafa rayonunda, bu sənaye parkının yaradılmasında görürük. Bu gün yeni un dəyirmanının təməli qoyuldu. Burada kənd təsərrüfatı sürətlə inkişaf edir, investisiyalar cəlb olunur. Əlbəttə ki, dövlət öz siyasətini aparır və sahibkarlığın inkişafı prioritet istiqamətdir. Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdırlar, şərait yaratmalıdırlar, sahibkarları cəlb etməlidirlər və onların fəaliyyətinə buna görə qiymət veriləcək", - deyə Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, indi Ağstafa rayonunda sosial obyektlər də yaradılır: "Bu gün Musiqi Mərkəzinin açılışını qeyd etdik. Mədəniyyət Evi ilə tanış oldum. Ağstafa rayonunda böyük mebel fabriki fəaliyyət göstərir. Mən ilk dəfə 2004-cü ildə o fabrikdə olmuşam. İndi orada çox böyük quruculuq işləri aparılır. Yeni fabrikin təməli qoyuldu. Onlar da artıq sizin kimi, öz məhsullarını xaricə satırlar. Biz artıq nəinki kənd təsərrüfatı məhsullarını, hətta mebeli də xaricə, özü də Avropa ölkələrinə ixrac edirik. Bu, bir göstəricidir. Belə müəssisələrin Bakıda yox, bölgələrdə yaradılması regional inkişaf proqramının tərkib hissəsidir. Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Sənaye istehsalı bu il artıb, düzdür, az artıb, amma artıb. Belə müəssisələrin hesabına daha da artacaq və biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar. Təkcə bu gün gördüyüm müəssisələrdə minlərlə yeni iş yeri yaradılır. İnsanlar yaxşı maaş alır və əlbəttə ki, rayonun inkişafına bunun böyük təsiri var".
Prezident deyib ki, Ağstafa rayonunda bir çox infrastruktur layihələri artıq icra edilib: "Üç il bundan əvvəl biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Artıq təmiz, fasiləsiz içməli su gəlir. Qazlaşdırma 92 faizdir, yaxın gələcəkdə 100 faiz olacaq. Elektrik enerjisi ilə də vəziyyət normaldır. Kənd yollarının bərpası, tikintisi prosesi gedir. Yeni sosial layihələr icra ediləcək. Bu məsələyə biz daim diqqət göstəririk. Ancaq indi deyə bilərəm ki, əsas infrastruktur layihələri başa çatıb. Əsas diqqət və sərmayə kənd təsərrüfatına, sənaye istehsalına yönəlməlidir. Mən bilirəm, bölgələrdə tez-tez oluram, insanlarda da buna çox böyük həvəs var. İndi fermer olmaq yenə də şərəfli işə çevrilir. Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Bilirsiniz ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Gördüyünüz işlər bu siyasətə sizin cavabınızdır. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir. Bax, mən bu sənaye parkının nümunəsində bunu görürəm. Bunu siz edirsiniz, mən bunu qiymətləndirirəm və sizə yeni uğurlar arzulayıram".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kıvanç və Tuba əslində bu seriala çəkilməli idilər

27 İyun 2017 18:12

TAP-ın rəhbərliyi yenidən formalaşdırılıb

27 İyun 2017 18:12

Əlcəzair millisinin üzvü "Differdanj"da

27 İyun 2017 18:12

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27 İyun 2017 18:07

Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı

27 İyun 2017 18:05

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

27 İyun 2017 18:03

Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert - FOTO

27 İyun 2017 17:57

Azarkeşlər İtaliyanın köklü klubunu satdırır - NECƏ?

27 İyun 2017 17:57

Birinci vitse-prezident məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27 İyun 2017 17:57

Dənizdə batan şəxslər xilas edildi

27 İyun 2017 17:56

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:54

10 min il əvvələ aid mağarada yaşayan insanlar - İRANIN QƏRİBƏ KƏNDİ - FOTOLAR

27 İyun 2017 17:53

“Oyuq” teatr-studiyası beynəlxalq festivalda təmsil olunacaq

27 İyun 2017 17:52

Prezident Andjey Duda: Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

27 İyun 2017 17:50

Avropada yeni terror hədələri

27 İyun 2017 17:47

Keçmiş ərindən Tubaya ZƏRBƏ

27 İyun 2017 17:42

Tanınmış müğənni ayını övladlığa götürdü

27 İyun 2017 17:40

Canlı əfsanəyə Yaponiyadan təklif gəldi - GEDİR?

27 İyun 2017 17:37

Saatlı və Kürdəmir rayonlarında yanğın

27 İyun 2017 17:35

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27 İyun 2017 17:32

Millimizin hücumçusu debütantla anlaşdı

27 İyun 2017 17:32

Merkel homoseksualları sevindirdi

27 İyun 2017 17:28

Metroya girən heyvan sərnişinləri qorxutdu - VİDEO - FOTO

27 İyun 2017 17:27

"Bu, çox ciddi siyasi sənəddir"

27 İyun 2017 17:25

Salvador Dalinin məzarı açılacaq - DNT ÜÇÜN

27 İyun 2017 17:18

"Qarabağ"ın oyun saatı açıqlandı

27 İyun 2017 17:17

Polşa Prezidenti: “Ümidvaram ki, Azərbaycanla energetika sahəsində çox sıx əməkdaşlıq quracağıq”

27 İyun 2017 17:17

"Ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb"

27 İyun 2017 17:16

Azərbaycan Prezidenti: Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır

27 İyun 2017 17:15

Hacıqabulda ağır qəza: 2 ölü

27 İyun 2017 17:14

"Gecə 3-də Acuna mesaj yazdım ki, doğuram" - FOTO

27 İyun 2017 17:12

Azərbaycan Prezidenti Qarabağla bağlı ədalətli mövqeyinə görə Polşa Prezidentinə təşəkkür edib

27 İyun 2017 17:12

Sabiq "Liverpul"lu xizək yarışlarında qüvvəsini sınayacaq

27 İyun 2017 17:12

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır

27 İyun 2017 17:08

Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK

27 İyun 2017 17:08

Hacıqabulda çətənə yetişdirən şəxs saxlanıldı

27 İyun 2017 17:05

Böyük Britaniya kraliçasının illik gəliri 100 mln. dolları keçəcək

27 İyun 2017 17:02

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

27 İyun 2017 17:02

Prezident İlham Əliyev: Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək

27 İyun 2017 17:01

Aspirinin saçlara inanılmaz faydası

27 İyun 2017 16:59

Tarixin yarımçıq qalan portretləri: İndi ayaqları da var - FOTOLAR

27 İyun 2017 16:58

Həkim: "Səhər tezdən dəniz kənarında olmaq insan orqanizmi üçün çox xeyirlidir"

27 İyun 2017 16:57

Goranboyda 27 yaşlı oğlanı ilan sancıb

27 İyun 2017 16:52

İrem Dericidən selülit açıqlaması

27 İyun 2017 16:52

Saatlı və Kürdəmir rayonlarında yanğın olub

27 İyun 2017 16:50

Azərbaycanda müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 16:48

"Differdanj"dan maraqlı addım - FUTBOLKA+BİLET

27 İyun 2017 16:47

Gürcüstan ordusunun hərbçisi intihar edib

27 İyun 2017 16:42

İzləyicisindən sual: "Afaq Aslan nə vaxt geyinəcək?"

27 İyun 2017 16:39

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu - VİDEO

27 İyun 2017 16:33