Bakıda Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək

Bakıda Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək
15:47 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-sində Bakıda Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.
Yunus Emre İnstitutundan "Report"a verilən məlumata görə, “Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak edəcək.
Tədbirdə Tanpınar haqda geniş ədəbi söhbət və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında məlumat veriləcək.
Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunan kitabları paylanılacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/bakida-ahmed-hamdi-tanpinara-hesr-olunmus-tedbir-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR