Bakıda Ukraynanın turizm potensialına dair təqdimat keçirilib

Bakıda Ukraynanın turizm potensialına dair təqdimat keçirilib
15:52 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda "Ukraynanı kəşf et - səmimi qəlbli Avropa dövləti" layihəsinin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, təqdimat mərasiminin keçirilməsinin əsas məqsədi Ukraynanın turizm potensialını, onun inkişafı və nailiyyətlərini jurnalistlərə və sahibkarlara namayiş etdirməkdir.
Bu barədə layihənin koordinatoru Marina Xariton məlumat verib.
O, gələn il Ukraynadada "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyini xatırladaraq, Ukraynanın bu tədbirdə azərbaycanlıları da görmək istədiyini deyib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko diplomatik missiyanın 5 ildir azərbaycanlı jurnalistləri Ukrayna ilə tanış etdiyini və ölkəsinin müxtəlif yerlərində press-turlar təşkil etdiyini bildirib.
"Bu gün azərbaycanlılar Ukraynada və ukraynalılar Azərbaycanda özlərini evindəki kimi hiss edirlər. Müstəqillik illəri ərzində ən böyük nailiyyət xalqlarımız arasında yaradılmış dostluq ab-havasıdır" - səfir vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın və Azərbaycanın birgə əməkdaşlıq üçün böyük potensialı var.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bakida-ukraynanin-turizm-potensialina-dair-teqdimat-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR