Prezident İlham Əliyev: "Rayon rəhbərliyi sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək"

Prezident İlham Əliyev: "Rayon rəhbərliyi sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək"
15:52 20 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları ilə görüşdü (23 May 2017 13:08)
Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak edirlər (23 May 2017 13:05)
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM (22 May 2017 18:34)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada "Karvan-L EKO" sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin rəhbəri Əbülfəz Qafarov Prezident İlham Əliyevə məlumat verdi ki, sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb.

Prezident İlham Əliyevə "Karvan L" elmi istehsalat birliyinin müəssisələrində hazırlanan məhsullar təqdim olundu.

Sonra dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu.

Bu müəssisələrdə müxtəlif növ istehlak malları və inşaat materialları istehsal ediləcək. Parkda yaradılan orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi də müasir səviyyədə qurulub. Sənaye parkının ərazisində keramika dam örtükləri və şüşə qab istehsalı müəssisələrinin tikintisi davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Bu gün çox gözəl, əlamətdar bir gündür. Biz Ağstafa rayonunda sənaye parkının açılışını qeyd edirik. Mən bu təşəbbüsü çox alqışlayıram. Şadam ki, burada bütün işlər düşünülmüş qaydada öz həllini tapır. Burada bir neçə müəssisə fəaliyyət göstərəcək. Yüzlərlə, bəlkə də minlərlə yeni iş yeri yaradılacaq. Bu sənaye parkında son illər ərzində gördüyümüz işlər artıq əyani şəkildə özünü göstərir. Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb. Bu sənaye parkının özəlliyi ondan ibarətdir ki, burada yerli biznes özü bu parkı yaradır.

Sənaye parklarının yaradılması indi Azərbaycanda geniş vüsət alıb. İndi ölkəmizin müxtəlif yerlərində yeni sənaye zonaları yaradılır, dövlət investisiya ayırır - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı. Ancaq bu sənaye parkının yaradılması sahibkarlığın inkişafının göstəricisidir və sırf sahibkarlardan gələn təşəbbüsdür. Siz özünüz bu işləri görürsünüz, investisiya qoyursunuz. Buraya çox böyük həcmdə sərmayə qoyulur. Təxminən nə qədər?

"Karvan L" şirkətinin rəhbəri Əbülfəz QAFAROV: Beş milyona qədər.

Prezident İlham ƏLİYEV: Bu, böyük sərmayədir.

Əbülfəz QAFAROV: Bəli. Burada bir çox avadanlıq öz istehsalımız olduğundan bizə ucuz başa gəlib. Quraşdırma işlərini də şirkətimiz özü həyata keçirib.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Burada kənd təsərrüfatının inkişafı geniş vüsət alacaq. Yaradılan bu istixanalarda çox gözəl məhsul yetişdiriləcək. Bu məhsul ixrac ediləcək, ölkəmizə valyuta gələcək. Yəni, bu işlər bu gün bizim üçün prioritet məsələlərdir. Biz kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin etməliyik ki, gələcəkdə həm daxili tələbatı yerli istehsalla təmin edək, eyni zamanda, bizim çox böyük ixrac imkanlarımız olsun. Burada istehsal olunacaq sənaye məhsulları həm daxili bazara çıxarılacaq, həm xaricə ixrac ediləcək. Kənd təsərrüfatı məhsulları da, həmçinin daxili bazarı təmin edəcək və xaricə də satılacaq.

Şadam ki, bizim regionlarımızda belə gözəl işlər görülür. Əminəm ki, bu sənaye parkının çox gözəl gələcəyi var. Mən sizin təşəbbüsünüzü dəstəkləyirəm. Gələcəkdə də sizə öz dəstəyimi göstərəcəyəm. Ağstafa Rayon İcra Hakimiyyəti də bu təşəbbüslərə böyük təkan verir. Bu da çox gözəl hadisədir, əlamətdar haldır. Mən dəfələrlə bəyan etmişəm, rayonların icra hakimiyyətləri çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Biz bunu Ağstafa rayonunda, bu sənaye parkının yaradılmasında görürük. Bu gün yeni un dəyirmanının təməli qoyuldu. Burada kənd təsərrüfatı sürətlə inkişaf edir, investisiyalar cəlb olunur.

Əlbəttə ki, dövlət öz siyasətini aparır və sahibkarlığın inkişafı prioritet istiqamətdir. Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdırlar, şərait yaratmalıdırlar, sahibkarları cəlb etməlidirlər və onların fəaliyyətinə buna görə qiymət veriləcək.

İndi Ağstafa rayonunda sosial obyektlər də yaradılır. Bu gün Musiqi Mərkəzinin açılışını qeyd etdik. Mədəniyyət Evi ilə tanış oldum. Ağstafa rayonunda böyük mebel fabriki fəaliyyət göstərir. Mən ilk dəfə 2004-cü ildə o fabrikdə olmuşam. İndi orada çox böyük quruculuq işləri aparılır. Yeni fabrikin təməli qoyuldu. Onlar da artıq sizin kimi, öz məhsullarını xaricə satırlar. Biz artıq nəinki kənd təsərrüfatı məhsullarını, hətta mebeli də xaricə, özü də Avropa ölkələrinə ixrac edirik. Bu, bir göstəricidir. Belə müəssisələrin Bakıda yox, bölgələrdə yaradılması regional inkişaf proqramının tərkib hissəsidir.

Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Sənaye istehsalı bu il artıb, düzdür, az artıb, amma artıb. Belə müəssisələrin hesabına daha da artacaq və biz dünyaya öz məhsulumuzla geniş şəkildə çıxacağıq, ölkəmizə valyuta gələcək, insanlar işlə təmin olunacaqlar. Təkcə bu gün gördüyüm müəssisələrdə minlərlə yeni iş yeri yaradılır. İnsanlar yaxşı maaş alır və əlbəttə ki, rayonun inkişafına bunun böyük təsiri var.

Ağstafa rayonunda bir çox infrastruktur layihələri artıq icra edilibdir. Üç il bundan əvvəl biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Artıq təmiz, fasiləsiz içməli su gəlir. Qazlaşdırma 92 faizdir, yaxın gələcəkdə 100 faiz olacaq. Elektrik enerjisi ilə də vəziyyət normaldır. Kənd yollarının bərpası, tikintisi prosesi gedir. Yeni sosial layihələr icra ediləcək. Bu məsələyə biz daim diqqət göstəririk. Ancaq indi deyə bilərəm ki, əsas infrastruktur layihələri başa çatıb. Əsas diqqət və sərmayə kənd təsərrüfatına, sənaye istehsalına yönəlməlidir.

Mən bilirəm, bölgələrdə tez-tez oluram, insanlarda da buna çox böyük həvəs var. İndi fermer olmaq yenə də şərəfli işə çevrilir. Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Bilirsiniz ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Gördüyünüz işlər bu siyasətə sizin cavabınızdır. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir. Bax, mən bu sənaye parkının nümunəsində bunu görürəm. Bunu siz edirsiniz, mən bunu qiymətləndirirəm və sizə yeni uğurlar arzulayıram.

Əbülfəz QAFAROV: Cənab Prezident, Ağstafa rayonunun əhalisi Sizi çox istəyir. Biz də bunların bu istəyinə qoşularaq burada bu istehsalatı yaradırıq, təsərrüfatı artıracağıq. İnşallah, bunları işə cəlb edəcəyik, burada bir dənə də işsiz insan qalmayacaq.

Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizin tapşırığınızla bütün dövlət orqanları bizə dəstək oldular. Cənab Prezident, biz bu işləri qısa zamanda - üç ay müddətində həyata keçirdik, bu kompleksi sıfırdan qurduq. Bunlar hamısı Sizin dəstəyinizlə görülən işlərdir. Sizə dərin minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sağ olun.

Əbülfəz QAFAROV: Sizin təbrikiniz bizə ən böyük nemətdir. Siz 2005-ci ildə bizim müəssisədə oldunuz. Mən Sizə söz verdim.

Prezident İlham ƏLİYEV: Bakıda.

Əbülfəz QAFAROV: Bəli, cənab Prezident, mən dedim ki, Sizin siyasətinizi əməli işlərimlə dəstəkləyirəm.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

Əbülfəz QAFAROV: Ondan sonra bu artıq üçüncü istehsalat müəssisəsidir. İstehsal etdiyimiz məhsullar dünyanın 25 ölkəsinə ixrac olunur - Yaponiya, Braziliya, Argentina, Rusiya bazarlarına. Bunlar hamısı Sizin nailiyyətlərinizdir, Sizin bizə verdiyiniz stimuldur, gücdür. Biz Sizi çox sevirik və Sizin arxanızda daim varıq. Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. 

X X X

"Karvan-L EKO" şirkətinin əməkdaşı Xanlar HÜSEYNOV dedi:

-Cənab Prezident, kollektivimiz adından Sizi salamlayıram, Sizə təşəkkür edirik. Nəzərinizə bir məsələni çatdırım ki, mən uzun illər idi işləmək məqsədilə xarici şəhərlərdə yaşayırdım. Bu gün Sizin siyasətiniz sayəsində açılmış belə bir şirkətdə işlə təmin olunmuşam.

Prezident İlham ƏLİYEV: Buralısan?

Xanlar HÜSEYNOV: Bəli, ağstafalıyam.

Prezident İlham ƏLİYEV: Qayıtmısan vətənə, çox yaxşı.

Xanlar HÜSEYNOV: Bəli, qayıtmışıq vətənimizə. İndi öz evimizdə işləyirik, öz evimizdə yaşayırıq. Cənab Prezident, mən şəhid qardaşıyam və ailənin tək övladıyam. Yəni, daim anamın yanında olub, onun qayğısına qalmalıyam. Sizin sayənizdə bu vəzifəni də layiqincə icra edirəm. Odur ki, Sizə anamın xüsusi salamlarını və təşəkkürünü çatdırıram.

Prezident İlham ƏLİYEV: Sağ ol. Məndən də salam söylə. Uğurlar.

X X X

Şirkətin işçisi Yaylaq ABDULLAYEVA dedi:

-Ağstafa rayonuna xoş gəlmisiniz, cənab Prezident. Biz bu gün sevinirik ki, rayonumuzda belə gözəl müəssisələr tikilir, camaatımız işlə təmin olunur. Bu, əhalinin dolanışığına kömək edir. Mən də, oğlum da bu müəssisədə çalışırıq, xoşbəxt dolanırıq. Bu, Sizin sayənizdədir. Biz Sizə təşəkkürümüzü bildiririk, minnətdarlıq edirik. Allah Sizə və bütün ailə üzvlərinizə uzun ömür, cansağlığı versin. Azərbaycan xalqı Sizin sayənizdə xoşbəxt dolanır. Allah Sizi qorusun. Biz öz adımızdan, xalqımızın adından Mehriban xanımı, Sizin bütün ailə üzvlərinizi salamlayırıq, minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. 

X X X

Rayon sakini İbrahim ƏLİYEV dedi:

- Cənab Prezident, mən Sizə "Xoş gəlmisiniz" deyirəm və milli müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə Sizi, ailə üzvlərinizi, övladlarınızı, nəvələrinizi ürəkdən təbrik edirəm.

Prezident İlham ƏLİYEV: Mən sizi təltif etmişəm? Neçənci ildə?

İbrahim ƏLİYEV: Keçən il, cənab Prezident.

Ağstafa ölkəmizdə ən gənc rayonlardan biridir. Gənc olmasına baxmayaraq, Ağstafa bu illərdə o qədər sürətlə inkişaf edib ki, bunu saymaqla qurtarmaq olmaz. Ən sürətli inkişafımız Sizin rayonumuza səfərinizdən sonra olub. O səfərdən sonra ötən illər ərzində təkcə Ağstafada 14 orta məktəb binası, 4 uşaq bağçası inşa edilib, 150 kilometr asfalt yol salınıb. Bizim Gürcüstan ilə sərhəd bölgəmizdə yerləşən Sadıqlı kəndinə asfalt yolun çəkilməsinə görə o yaşayış məntəqələrinə gedən adamlar Sizə çox alqış edirlər. Çünki əvvəllər o yol acınacaqlı vəziyyətdə idi. İndi çox rahatdır. Hamımız Sizə minnətdarıq.

Bizim rayonumuz əsasən kənd təsərrüfatı rayonudur. Bu sahəyə də çox böyük diqqət yetirilir. Bu sahənin inkişafının təməli hələ Ulu Öndərimizin rəhbərliyi vaxtında qoyulub. O illərdə rayonumuzda hər yer üzümçülük, taxılçılıq idi, onların suvarılmasında çox böyük çətinlik vardı. 1971-ci ildə Ağstafaçayın üzərində hidroqovşağın quraşdırılması bütün sahələrin suvarılmasını təmin etdi.

Prezident İlham ƏLİYEV: Bu hidroqovşaq bizə indi də xidmət edir.

İbrahim ƏLİYEV: Həm bizə, həm də qonşu rayonlara xidmət edir. Sizin bu gün kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı sayəsində indi adamlar torpağı həvəslə əkib-becərirlər.

Bu gün Ağstafada təkcə kənd təsərrüfatının yox, sənayenin də inkişafına böyük diqqət yetirilir. Son dövrlərdə rayonumuzda beş böyük sənaye müəssisəsinin tikilməsi bunun göstəricisidir. Elə bu "Karvan-L EKO" şirkəti rayonun tarixinə düşən bir müəssisədir. İki yüzdən çox ailə buradan öz dolanışığını təmin edəcəkdir. Cənab Prezident, bəlkə də 5 ildən sonra Siz bir daha buraya gələndə görəcəksiniz ki, Ağstafa təkcə kənd təsərrüfatı yox, həm də sənaye rayonuna çevrilib.

Cənab Prezident, Siz bizim Prezidentimiz, Ali Baş Komandanımızsınız. Siz Azərbaycan xalqının arxasında duran dağsınız. Özü də uca zirvəsi olan dağ. O zirvəni qonşu ölkələrdən görəndə bəzilərinin ürəyi götürmür, xainlik edirlər. Ancaq biz sevinirik. O dağ bizim arxamızda var.

Mən bir daha Sizə ağstafalılar adından "Xoş gəlmisiniz" deyirəm. Sizə, ailənizə xoşbəxtlik arzulayıram. Qoy, Allah-Təala Sizi başımızın üstündən əskik etməsin. Siz uşaqdan böyüyə kimi hər bir azərbaycanlının fəxrisiniz. Bizim bir ağrılı problemimiz var, onu hamı bilir, bu, Dağlıq Qarabağ məsələsidir. Siz onu sülh yolu ilə həll etmək istəyirsiniz. Biz əminik ki, Siz bunu edəcəksiniz. Çünki aprel hadisələri bunu göstərdi. Həmin günlərdə Ağstafada icra nümayəndəliyinin qarşısında çoxlu insan toplaşmışdı. Onların hamısı deyirdi ki, silah verin, biz gedirik döyüşə. Ancaq biz Sizin əmrinizi gözləyirik. Əminik ki, Siz bu məsələni sülh yolu ilə həll edəcəksiniz. Erməni xalqı da ayılacaq, indiki rəhbərliyini Yerevanda dar ağacından asacaq. Biz buna əminik, cənab Prezident. Bir daha Ağstafaya "Xoş gəlmisiniz" deyirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Anam bunu eşidəndən sonra öldü” –Bakıda həbs edilən kamerunlu

23 May 2017 15:19

Ermənistana dəhşətli məxfi silahları HANSI ÖLKƏ VERİR? – ŞOK İDDİA

23 May 2017 15:18

İlham Əliyev: “On gün ərzində bir daha gördük ki...”

23 May 2017 15:17

Dubayda dəhşətli anlar - 7 ölü, 35 yaralı

23 May 2017 15:15

Məşhur gözəl hotel otağının eyvanında soyundu - FOTO

23 May 2017 15:12

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

23 May 2017 15:12

Obama İtaliyada istirahət edir - FOTO

23 May 2017 15:12

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

23 May 2017 15:12

Paytaxtda ikinci əl avtomobillər ucuzlaşır

23 May 2017 15:11

“Dörd gün qaldı, qanlı hücumlar olacaq!” - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

23 May 2017 15:08

Xalq artisti jurnalistə hücum etdi - Məhkəmədə qalmaqal

23 May 2017 15:06

Dünya kinosunun ulduz xanımları bir arada - FOTO

23 May 2017 15:05

Mançesterdə daha bir partlayış

23 May 2017 15:03

Azərbaycan və Meksika arasında ticarət mübadiləsi iki dəfə artıb

23 May 2017 15:01

"Porto"nun baş məşqçisi klubdan göndərilir

23 May 2017 14:57

Aktrisa ad günündə sərxoş oldu, soyunub rəqs etdi - VİDEO - FOTO

23 May 2017 14:57

Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

23 May 2017 14:57

“Kəpəz”dən daha bir transfer

23 May 2017 14:57

Mançestr yenə həyəcanlandı - Ticarət mərkəzində partlayış səsi eşidildi

23 May 2017 14:55

Opera Teatrının əməkdaşları jurnalisti məhkəmədə təhqir və təhdid etdilər - QALMAQAL

23 May 2017 14:53

"Anamdan başqa itirəcəyim kimsəm yoxdur"

23 May 2017 14:52

Ən istedadlı bürc hansıdır?

23 May 2017 14:48

Sane Konfederasiyalar Kubokundan kənarda qalacaq

23 May 2017 14:47

Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

23 May 2017 14:47

22 nəfəri öldürən kamikadzenin kimliyi məlum oldu

23 May 2017 14:43

Dövlət Komitəsi Hesablama Palatasının qərarını nəzərə almayıb

23 May 2017 14:42

Tramp İsraildə yəhudi kimi dua etdi - FOTO

23 May 2017 14:42

Alt paltarsız gəzən model paparassilərə hədəf oldu - FOTO

23 May 2017 14:42

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir

23 May 2017 14:42

Prezident: "Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirdi"

23 May 2017 14:39

Bakıda sürücü ilə sərnişin arasında dava

23 May 2017 14:39

Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

23 May 2017 14:37

Və Nika Qazaxıstan klubuna getdi - SON DURUM

23 May 2017 14:37

Castin Biber boksla məşğul olur - FOTO

23 May 2017 14:37

Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək

23 May 2017 14:35

İslamiadanın bağlanış mərasimindən GÖRÜNTÜLƏR

23 May 2017 14:34

Prezident: "Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir"

23 May 2017 14:33

İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

23 May 2017 14:33

Arvadı üçün efirdə paltarlarını yırtan Kənan: "Zəncirlə məni, sevirəm səni" - FOTO

23 May 2017 14:32

Ekspert: Azərbaycan yeni zirvədə olduğunu göstərdi

23 May 2017 14:29

Poliklinikalar pullu xidmət göstərə biləcək

23 May 2017 14:29

"Biz idmançılarımızla fəxr edirik" - İlham Əliyev

23 May 2017 14:29

"Terrorçunun şəxsiyyəti məlum oldu" - Tereza Mey

23 May 2017 14:27

Bərdədə avtomobil evakuatrdan aşıb

23 May 2017 14:27

4 gözəl qırmızı xalıda - FOTO

23 May 2017 14:27

Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq

23 May 2017 14:27

​Musiqili Teatrda həftəsonu tamaşalar

23 May 2017 14:27

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

23 May 2017 14:24

Dünyada ilk - Türk mühəndis yanacaqsız işləyən reaktiv mühərrik düzəltdi - VİDEO

23 May 2017 14:23

Ələt ATZ ilə bağlı hesabat təqdim olunub

23 May 2017 14:22