Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqda qanun layihəsi dərc edilib

Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqda qanun layihəsi dərc edilib
15:52 20 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Edinburq hökuməti Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi haqda qanun layihəsini dərc edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu sənəddə referendumla bağlı təbliğat və təşviqatın aparılması, səsvermə qaydası və bülletenlərin sayılması göstərilib.
Məlumata görə, 2014-cü ildə keçirilən birinci referendumdakı əsaslar ikinci turda da nəzərdə tutula bilər. Referendumun keçirilməsi ilə bağlı məsləhətləşmə yanvarın 11-dək keçiriləcək.
Xatırladaq ki, 2016-cı il iyunun 23-də Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının lehinə seçilərin 51,9 faizi, əleyhinə isə 48,1 faizi səs verib. Bundan sonra Şotlandiyada müstəqilliklə bağlı ikinci turun keçirilməsi məsələsi gündəliyə gəlib.
Qeyd edək ki, 2014-cü ildə keçirilən birinci referendumda iştirak edən seçicilərin 55 faizi krallığın tərkibində qalmağa, 45 faizi isə çıxmağa səs vermişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/sotlandiyanin-musteqilliyi-ile-bagli-ikinic-referendumun-kecirilmesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR