"Qəbələ" klubu Ronaldinyonun Bakıya səfəri ilə bağlı açıqlama yayıb

"Qəbələ" klubu Ronaldinyonun Bakıya səfəri ilə bağlı açıqlama yayıb
15:52 20 Oktyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Qəbələ” klubu növbəti layihəsini braziliyalı futbolçu Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz "Qəbələ" klubunun dəstəyilə Bakıda açılacaq.
6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.
Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo stadionun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-klubu-ronaldinyonun-bakiya-seferi-ile-bagli-aciqlama-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR