Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mehribanın qızı efirə gəlib anasından üzr istədi - video

Mehribanın qızı efirə gəlib anasından üzr istədi -  video

Date: 20 October 2016 15:56

Əməkdar artist Mehriban Xanlarovanın qızı kimi təqdim etdiyi Ayselin doğma övladı olmadığını açıqlaması səs-küyə səbəb olub.

Axşam.az-ın məlumatına görə, aktrisa aparıcı Lamiyyə Ələkbərqızının “Həyat tərzi” verilişinə qonaq olub. M.Xanlarova ölkədən getmək istədiyini deyib. O bildirib ki, onu seriallardan uzaqlaşdırır, efirlərə çıxmağa qoymurlar.

M.Xanlarova övladı kimi böyütdüyü Ayselin rəhmətlik bacısının qızı olduğunu deyib. O hətta qızı ilə küsülü olduğunu açıqlayıb:

“Mənə qarşı olan mənfur düşmənlər var, haqqımda sözlər deyirdi. Ona görə də 27 ildən sonra bunu açıqlamağa qərar verdim. Ayselin rəhmətlik bacımın qızı olduğunu açıqladım. Mən anayam, çox da yaxşı anayam. 3 yaşından onu böyütmüşəm”.

Canlı efirə gələn Aysel M.Xanlarovadan üzr istəyib: 

“Efirdə olan söz-söhbətlərə görə anam məndən küsmüşdü. Ana təkcə uşağı dünyaya gətirən deyil. 9 milyon əhali qarşısında ona etdiyim hər şey üçün üzr istəyirəm. Gedəcəyini dedi, ona görə də efirə gəldim”.

M.Xanlarova “Bağışlayan Allahdır. Mənim ürəyimi evdəkilər də, sənət dostlarım da bilir. Getməyimə səbəb tək bu deyildi. Çoxdan çıxıb getmək istəyirəm. Çox yorulmuşam, burdan getmək istəyirəm. Mənə çox zərbələr vurublar” deyərək, kövrəlib.



Tags:  Mehribanın qızı efirə gəlib anasından üzr istədi video

RƏYLƏR


Top news