Sürət həddini aşan Almaz Ələsgərova: "Niyə avtomobilimi əlimdən almayıblar?"

Sürət həddini aşan Almaz Ələsgərova: "Niyə avtomobilimi əlimdən almayıblar?"
16:05 20 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Almaz Ələsgərova sürət həddini aşdığına görə cərimə olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, sənətçi yayılan məlumatı təkzib edib:
"Mən bilmirəm nə düşüblər müğənnilərin üstünə. Mənim heç bir cərimə balım yoxdur. Nə vaxtsa olub, ödəmişəm. Əgər deyilən qədər cərimələrim və radarım varsa, niyə avtomobilimi tutub əlimdən almırlar. Avtomobilimi idarə edirəm, hələ ki, əlimdən alan yoxdur. Yalan xəbərlər yaymaq lazım deyil. İnsanıq cərimə də olunarıq, ödəyərik də, bunu bu qədər şişirtməyin nə mənası var axı".

Qeyd edək ki, Avtosfer.az-ın məlumatına görə, onun idarə etdiyi "Chevrolet" markalı, 90 HD 013 dövlət nömrə nişanlı avtomobilin hazırda 5 MMX radarı var. Onlardan 2-si 50 manat - 2 bal, 2-si isə 150 manat 3 bal, biri isə 10 manatlıq qayda pozuntusudur. Həmin MMX-ların hamısı sürət həddinin aşılması ilə bağlıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR