Bu ulduz Yeri məhv edə bilər - FOTO

Bu ulduz Yeri məhv edə bilər - FOTO
16:05 20 Oktyabr 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avropa Kosmik Rəsədxanasının (European Space Observatory, ESO) ən böyük teleskopu )Very Large Telescope, VLTI) Eta Kil (Eta Carinae) ulduzunun yeni, dəqiq fotolarını əldə ediblər.

Milli.Az Astronomy & Astrophysics-ə istinadən bildirir ki, həddən artıq parlaq, qeyri-stabil olan bu ulduz Yerdə həyatı məhv edə bilər.

Eta ulduzunu ilk dəfə britaniyalı astronom Edmud Qalley 1677-ci ildə müşahidə edib. 18-19-cu əsrlərdə ulduzun parlaqlığı sürəkli dəyişib.

20-ci əsrin sonları - 21-ci əsrin əvvəllərində isə alimlər bu ulduzun qeyri-adi, ikiqat sistem olduğunu müəyyənləşdirdilər. Çox yəqin ki, qalaktikamızda ən böyük ulduz olan Eta Kilin kütləsi Günəşdən 150 dəfə artıqdır. Etanın təbii peyki olan ulduzun çəkisi Günəşdən 80 dəfə artıqdır.

Daxilindəki yüksək təzyiq nəticəsində Eta Kilin xarici şüalanması aktivləşdikcə artır. Bu səbəbdən ulduz ilkin kütləsinin 25 faizini itirib və partlayışlar nəticəsində Etanın ətrafında Homunkul dumanlığı yaranıb.

Ulduz səthindən ayrılmaları araşdırmaq üçün alimlər Eta Kilin yeni görüntülərini əldə ediblər. Avropalı astronomlar optik interferometriya texnologiyasından istifadə edərək ESO-nun dörd kiçik teleskopunu bir virtual teleskopda birləşdiriblər. Ssitemin gücü hətta "Hubble" kosmik rəsədxanasının "görmədiyi" detalları aşkarlamağa imkan verib.

Astronomlar daha sonra ulduzun kütlə itirmə sürətini hesablayıblar. Bu, Eta Kilin partlayacağı və ultrayeni ulduza dönəcəyi vaxtı müəyyənləşdirmək üçündür. Əgər belə patlayış olarsa və yeni formalaşacaq ulduzun oxu Yerə yönələrsə, planetimiz yüklü hissəciklər və qamma-şüalanma bombardmanına məruz qalacaq. Bu isə Yer kürəsinin ozon qatını dağıdacaq, Ayı, sonra da Yerdə həyatı məhv edəcək.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/481463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR