15 yaşlı Eldar niyə ölmüşdü? - 34 illik SİRR

15 yaşlı Eldar niyə ölmüşdü? -   34 illik SİRR
16:17 20 Oktyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Mövlud… Mövlud… (16 Mart 2017 14:08)

“Dünən Lenin adına Mərkəzi stadionunda keçirilmiş futbol matçından sonra, stadionu tərk edən azarkeşlərin sıxlıq yaratması nəticəsində bədbəxt hadisə baş vermişdir. Bir neçə xəsarət alan var. Baş vermiş hadisəylə bağlı araşdırma aparılır”.
 
“Pravda” qəzeti,  21 oktyabr 1982-ci il.
 
Səhər tezdən “Pravda” qəzetini köşklərdən alan moskvalıların əslində bir həqiqətdən və özü də əsil həqiqətdən xəbərləri yox idi. Və elə həmin dəqiqələrdə, elə sübh tezdən SSRİ rəhbərlərindən biri, keçmiş çekist Yuri Andropov xəstəhal olsa da, Sklifosovski adına xəstəxanaya gedərək, baş verən faciədən şəxsən agah olmuşdu: Hə, doğrudan da xəsarət alanlar vardı. Onların sayı isə rəsmi xəbərlərdə deyildiyi kimi bir neçə nəfər deyildi: 111 nəfər idi. Amma… Ən dəhşətlisi bu deyildi. Ən dəhşətlisi 111 nəfərdən başqa 66 nəfərin də həyatını itirməsi idi! Kreml isə bu faciənin miqyasını gizlətmək qərarına gəlmişdi. Özü də düz 7 il. Düz 7 ildən sonra, “Sovetskiy sport” qəzetinin 8 iyul 1989-cu il tarixli sayında “Lujniki”nin qaranlıq sirri” adlı məqalə çıxandan sonra sovet insanı bu faciədən xəbər tuta bilmişdi. Hə, 20 oktyabr 1982-ci ildə, UEFA Kubokunun 1/16 mərhələsi çərçivəsində adıgedən stadionda “Spartak” Hollandiya “Harlem”ini qəbul edirmiş. Sovet klubunun qələbəsi ilə başa çatan oyundan sonra stadionda basabas düşmüş, nəticədə 66 nəfər ölmüş, 111 nəfər ağır yaralanmışdı…

***
 
…Oyun “Spartak”ın üstünlüyü ilə keçmişdi. 16-cı dəqiqədə Edqar Qess hesabı açmış və hesab görüşün sonuna qədər belə qalmışdı. Artıq 89-cu dəqiqədən etibarən azarkeşlər “Lujniki”nin “S” tribunasının qapılarına doğru axışmağa başlamışdı. Bəs niyə məhz bu tribunanın? Hə, bu da təsadüfi deyildi. Həmin gün 82 minlik “Lujniki” tam dolmamışdı. Moskvaya ilk qar düşmüşdü, havanın temperaturu qəfil mənfi 10 dərəcəyə düşmüşdü. Çox adam oyuna televiziyada baxmağa üstünlük vermişdi. Amma stadiona da kifayət qədər, 24 minə yaxın azarkeş gəlmişdi.
 
Oyunun başa çatmasına 16 saniyə qalmış stadiondan növbəti qol səsi qalxır. Sən demə, Sergey Şvetsov ikinci qolu hollandların qapısına vurubmuş. Tribunaya tərəf axışan azarkeşlər qəfil və kütləvi şəkildə geri dönməyə başlayır. Və hər şey də burada baş verir. Baş verən basabas nəticəsində kütlə bir-birinin üstünə çıxır az qala. Onlarla yeniyetmə ayaqlar altında qalır. Hə, məhz yeniyetmə. Çünki oyuna gələnlərin çoxu məhz yeniyetməydi. Ölənlərdən 40 nəfərini yaşı 18-ə çatmamışdı.
 
Oyun bitən kimi futbolçuları təcili tunelə sıxışdırmışdı stadion işçiləri. Ətrafı isə milis mühasirəyə almışdı. Təcili yardım maşınları 10 dəqiqədən sonra artıq hadisə yerindəydi. Meyitlərə əl vurmurdular. Hələ ki yaralıları daşıyırdılar. Yaralılar aparılandan sonra tribunanın ətrafında 66 nəfərin meyiti qalmışdı.

***
 
7 il sonra “Sovetski sport”da çıxan bu məqalə SSRİ-də şok yaratmışdı. Milyonlarla tirajı olan qəzet əl-əl gəzirdi. Səhəri gün isə Hollandiyanın NOS telekanalı “Sovetski sport”da yazılanlarla bağlı süjet vermişdi efirə. “Harlem”in oyunçuları məhz bu süjetdən sonra 7 il əvvəl baş verən faciədən xəbər tutmuşdular.
 
***
 
Baş verən hadisəyə görə, stadionun direktoru Kokrışev və komendantı Pançixin məsuliyyətə cəlb edilirlər. Vəssalam. Başqa heç nə. Ölənlərin ailələrinə heç bir kompensasiya ödənilmir. Hətta kütləvi dəfn mərasimi belə keçirilmir. Həlak olanları iki-bir, üç-bir ayrı-ayrı qəbiristanlıqda dəfn edirlər. Kütləvilik gözə dəyməsin deyə.

***
 
66 nəfər həlak olan azarkeş arasında 15 yaşlı azərbaycanlı Eldar Abdullayev də vardı. Bu gün, hər il olduğu kimi yenə “Spartak” azarkeşləri, eləcə də həlak olanların əzizləri faciədən 10 il sonra “Lujniki” stadionunu qarşısında qoyulmuş abidəni ziyarət edəcəklər.
 
O vaxtkı Moskva meri Yuri Lujkovun sərəncamıyla qoyulan bu abidə “Spartak” azarkeşləri üçün müqəddəsi sayılır. Ölənlərin hamısının xatirəsi onlar üçün əzizdir. Eləcə də 15 yaşlı Eldarın... (lent.az)

Fanat.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BAKIDA İNANILMAZ HADİSƏ: qarnından qaşıq çıxarıldı

23 İyun 2017 16:39

11 yaşlı uşaq çayda boğuldu

23 İyun 2017 16:38

Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib

23 İyun 2017 16:37

Yaponiya hökuməti terrorçu PKK-ya qoşulan yaponu vətəndaşlıqdan çıxarıb

23 İyun 2017 16:37

ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib (FOTO)

23 İyun 2017 16:36

Putinin agentləri Poroşenkonu mühasirəyə alıb – ŞOK İDİDİA

23 İyun 2017 16:33

Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

23 İyun 2017 16:32

Plastik şüşələri ATMAYIN!

23 İyun 2017 16:31

Fəvvarələr meydanında estrada ifaçılarının konserti olacaq

23 İyun 2017 16:29

Ueldanovun cinayət işi geri qaytarıldı

23 İyun 2017 16:29

Bakıda keçirilən “Formula 1” yarışında dəhşətli qəza - FOTO-VİDEO

23 İyun 2017 16:27

Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?

23 İyun 2017 16:23

Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib

23 İyun 2017 16:22

"Honda" Bakıya təkmilləşdirilmiş daxiliyanma mühərriki gətirdi

23 İyun 2017 16:22

Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək

23 İyun 2017 16:21

“Beşiktaş” Pepedən cavab gözləyir

23 İyun 2017 16:19

Bu ailələrə təzminat ödəndi

23 İyun 2017 16:19

Lenindən Qorbaçova qədər... - Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ - FOTOLAR

23 İyun 2017 16:18

Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur"

23 İyun 2017 16:17

Bakıda "Formula- 1"lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək

23 İyun 2017 16:17

Bu yayın ən bahalı 10 transferi - SİYAHI

23 İyun 2017 16:17

İlham Əliyev baş nazirin müavinini qəbul edib

23 İyun 2017 16:17

Deputatlarımız spikerin rəhbərliyi ilə Koreyaya gedir

23 İyun 2017 16:15

"Şort geymək nədir, camaatın anası, bacısı var" - SORĞU

23 İyun 2017 16:14

Ondan 12 kiloqram narkotik götürüldü

23 İyun 2017 16:14

Vatsapdan möhtəşəm YENİLİK

23 İyun 2017 16:13

"Şou-biznesimiz bir mafiyadır"

23 İyun 2017 16:11

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:08

Avtobus sürücülərinə sərt CƏZALAR - FOTOLAR

23 İyun 2017 16:08

Nikol Şerzinger Bakıda - FOTO

23 İyun 2017 16:05

İŞİD sosial şəbəkələri qadağan etdi

23 İyun 2017 16:05

Putin Ərdoğana zəng etdi

23 İyun 2017 16:03

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

23 İyun 2017 16:02

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

23 İyun 2017 16:01

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

23 İyun 2017 16:01

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub

23 İyun 2017 16:01

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

23 İyun 2017 15:58

Muğam müsabiqəsində rüşvət qalmaqalı böyüdü

23 İyun 2017 15:58

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər

23 İyun 2017 15:55

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

23 İyun 2017 15:54

Ana ölən oğlunu almaza çevirdi - FOTOLAR

23 İyun 2017 15:53

Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

23 İyun 2017 15:52

İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

23 İyun 2017 15:52

Əkrəm Həsənov: "Deyirlər ki, "Bank Standard"ın əmlakı artıq satılıb"

23 İyun 2017 15:52

Qapını açanı QİÇS-ə yoluxdururlar?

23 İyun 2017 15:52

ABŞ-ın viza sistemində dəyişklik

23 İyun 2017 15:48

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT - 12 kq narkotik götürüldü

23 İyun 2017 15:44

Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

23 İyun 2017 15:43

Bakıda Formula 2 pilotlarının sıralama turu başlayıb

23 İyun 2017 15:43

Narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfərə qarşı xüsusi əməliyyat keçirilib

23 İyun 2017 15:42