"Heç bir bəhanəmiz yoxdur"

"Heç bir bəhanəmiz yoxdur"
16:22 20 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək.

Türkiyənin "Fənərbağça" klubu "Mançester Yunayted"in qonağı olacaq. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, cari mövsümdə azarkeşlərə istədiyi oyunu göstərə bilməyən İstanbul təmsilçisinin baş məşqçisi Dik Advokat mətbuat Konfransı zamanı maraqlı açıqlamalar edən Hollandiyalı baş məşqçi, zamanla klubun performansının yaxşıya doğru gedəcəyindən əminliyini bildirib:

"Düşünürəm ki, hər şey üçün zaman lazımdır. Yeni baş məşqçi ilk zamanlarda hər zaman doğru start heyəti tapmağa çalışır. Bu da təbii ki, öz növbəsində zaman və xal itkisinə səbəb olur. Artıq heç bir bəhanəmiz yoxdur, düşünürəm ki, bu qarşılaşmadan xal ilə ayrılacağıq".

Qeyd edək ki, Old Trafford stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR