“Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir. Əvvəl onun Bakıya dəvəti haqda fikir yox idi. Ancaq sonradan onun futbol akademiyalarına diqqət göstərdiyini öyrəndik. Danışıqlara başladıq. Şadam ki, əfsanəvi futbolçuyla anlaşa bildik”.
Publika.az xəbər verir ki, bu sözləri “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov Bakı Olimpiya Stadionunda dünya şöhrətli futbolçu Ronaldinyonun mətbuat nümayəndələriylə görüşündə deyib.