Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Haqqımda bildirilən fikirləri o qədər də önəmsəmirəm"

"Haqqımda bildirilən fikirləri o qədər də önəmsəmirəm"

Date: 20 October 2016 16:32

"Fənərbağça"-nin hollandiyalı ulduzu Van Persi bu gün Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Mançester Yunayted" - "Fənərbağça" matçı öncəsi jurnalistlərin suallarını cavablayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland futbolçu karyerası və qarşılaşma ilə bağlı maraqlı məqamlara toxunub: "Mən İngiltərədə böyümüşəm. 11 illik "Arsenal" və 3 illik "Mançester Yunayted" karyeram ərzində bu ölkə mənə doğmalaşıb. Məndən tez-tez soruşurlar ki, "Ferqusson getməsəydi, Mançesteri tərk edərdin?" Bilirsiniz, hər şeyə o ana görə qərar vermək lazımdır. Mən klubla müqaviləyə imza atanda düşünürdüm ki, Alex Ferqusson daha bir neçə müddət klubun baş məşqçisi postunda qalacaq.

Amma hazırda "Fənərbağça"nın formasını geyinirəm və onun uğurları üçün çalışıram. Sosial Mediada və qəzetlərdə haqqımda bildirilən fikirləri o qədər də önəmsəmirəm. Xarakter cəhətdən realist biriyəm. Karyeram ərzində bir çox enişlər və çıxışlar yaşamışam. Yaxşı məşqin və çox çalışmağın hər zaman böhrandan çıxmaq üçün ən yaxşı üsul olduğuna inanıram. Qısa zamanda klub olaraq da irəliləyəcəyik. Mən də bu klubun bir parçasıyam və necə inkişaf etdiyimizi yaxından görürəm".

Milli.Az


Tags:  Haqqımda bildirilən fikirləri önəmsəmirəm

RƏYLƏR


Top news