Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib
16:32 20 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda İran vətəndaşının etibarından sui-istifadə edilərək ona məxsus mağazadan 88 min dollar dəyərində tikinti ləvazimatları götürülüb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.
Rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən tikinti ləvazimatları mağazasının sahibi 1973-cü il təvvəllüdlü Əmirli Məcidli Cəfər hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci il avqustun 25-də Hafiz və Asim adlı şəxslər mağazadan 88 min dollar məbləğində kafel və metlax alıblar, lakin pulunu ödəməyiblər.
Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-i-ran-vetendasina-qarsi-deleduzluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR