Tale Heydərov: "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq"

Tale Heydərov: "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq"
16:32 20 Oktyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq. Bu gün imkan oldu. Bakıya səfər etdiyinə görə çox sevinirik". 
"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov bildirib. 
Onun sözlərinə görə, səfərdə məqsəd Ronaldinyo Akademiyasının açılmasıdır: "Qəbələdə belə bir akademiya olsa da, Bakıda da yaradılmasını məqsədəuyğun saydıq. Ümidvarıq ki, bu akademiya gənclərin futbola marağını artıracaq. Bundan başqa, Ronaldinyo öz fəlsəfəsini quracaq, şəxsən iştirak edəcək".
T.Heydərov deyib ki, akademiyanın harada yerləşəcəyi hələlik məlum deyil: "Bununla bağlı danışıqlar aparılacaq və qərar verəcəyik. AFFA bizə dəstək verəcəyinə söz verib".
"Ronaldinyo ən sevdiyim futbolçulardan biridir. Əlbəttə, ilkin olaraq Azərbaycana gəlməsi mövzusu yox idi. Amma elə gətirdi ki, biz danışıqlara başladıq. Özü də maraqlı olduğunu bildirdi. Ronaldinyo akademiyalarının bir neçə ölkədə fəaliyyət göstərməsindən məlumatlı idik. Eyni zamanda, "Qəbələ" futbol akademiyasının neçə ildir Azərbaycanda fəaliyyət göstərməsi və klubumuzun marağını nəzərə alaraq danışıqlara başlanıldı. Çox sevinirik ki, bu, baş tutdu. Bu səfərlə əlaqədar "Qəbələ"nin Fransada "Sent Etyen"lə oyununu izləyə bilməyəcəyəm. Çox çətin oyun olacaq. Amma futbolçular və məşqçilər bütün bacarıqları ilə mübarizə aparacaqlarına söz veriblər. Vaxt çox azdır. Ancaq Ronaldinyo çalışacaq ki, "Qarabağ"ın PAOK-la oyununu izləsin. Bu, səfər proqramından asılı olacaq", - deyə "Qəbələ"nin prezidenti vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/ronaldinyonun-bakiya-seferini-bir-muddetdir-planlasdirirdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR