Yol polisi sərxoş sürücüdən üzr istədi

Yol polisi sərxoş sürücüdən üzr istədi
16:33 20 Oktyabr 2016
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

90-cı illərin ortalarında restoranda ofisiant işləyən bir dəstə tələbə çox vaxt gecəyə qədər çəkən işdən sərxoş halda qayıdardılar. Bir nəfər isə əlil babasının avtomobilini kirayə götürmüşdü. Avtomobilin üzərinə “Sükan arxasında əlildir” deyə yazılıbmış.

Publika.az xəbər verir ki, bir gün babasının maşınında sərxoş halda evə qayıdan tələbəni yolda polis saxlayır. Avtomobili yol polisinin avtomobilindən 100 metr qabaqda saxlayan sərxoş tələbə oturacaqdan sürüşüb özünü yerə atır. Həddindən artıq çox içkili olan tələbə polis tərəfə sürünməyə başlayır. Uzaqdan kiminsə sürünərək gəldiyini görən yol polisi avtomobilin üstündəki “Sükan arxasında əlildir” sözünü oxuyub onu saxladığına peşman olur və üzr istəyir: “Yoldaş Əlil! Üzr istəyirəm! Allah amanında, sürün gedin!”

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR