Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mosulda son silah - Bağdadi komandoları döyüşə atır

Mosulda son silah - Bağdadi komandoları döyüşə atır

Date: 20 October 2016 16:38

İŞİD terror təşkilatı Mosulun müdafiəsində “Usra Ordusu” adlı komando birliyindən istifadə edəcək.

Publika.az xəbər verir ki, bu haqda kürdlərə yaxınlığı ilə tanınan “Rudaw” saytı bildirib.

Məlumata görə, “Usra Ordusu” adlı 1200 nəfərdən ibarət komando birliyi Mosulun qərbində yerləşdirilib. Komanda birliyindən əsasən şəhər döyüşlərində istifadə edilir.

Beynəlxalq koalisiya güclərinin komandirlərindən olan amerikalı general Gari Volesku isə İŞİD-in liderlərinin şəhəri tərk etdiklərinə dair əlamətlərin olduğunu deyib. İŞİD lideri Əbubəkr Bağdadinin harada olduğu bilinmir.

Ömər Dağlı


Tags:  Mosulda son silah Bağdadi komandoları döyüşə atır

RƏYLƏR


Top news