Emil Hüseynli: "Kreml rəsmiləri münaqişənin həlli ilə bağlı açıqlamalara həssas yanaşmalıdırlar"

Emil Hüseynli: "Kreml rəsmiləri münaqişənin həlli ilə bağlı açıqlamalara həssas yanaşmalıdırlar"
16:42 20 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi, həm də regionun aparıcı dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyır. Buna görə də Kreml rəsmiləri münaqişənin həlli ilə bağlı açıqlamalara həssas yanaşmalıdırlar. 

Milli.Az 525.az-a bildirir ki, bu sözləri "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli bu yaxınlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı verdiyi bədbin proqnozlara münasibət bildirərkən deyib. O qeyd edib ki, Yuri Uşakovun açıqlaması Azərbaycan rəsmiləri tərəfindən təəssüf hissi ilə qeyd olunub: "Ancaq düşünürəm ki, real vəziyyətdə Rusiya ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret təkliflər var. Bu müzakirələrə Türkiyə də daxildir. Sadəcə, hələ ki, Ermənistanı qeyri-konstruktiv mövqedən yayandırmaq olmur".

E.Hüseynli hesab edir ki, Rusiya bu məsələdə Ermənistana təzyiq etməkdə daha istəkli olmalıdır: "Sözsüz ki, Azərbaycanın mövqeyi bəllidir. Münaqişə mərhələli, beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bizi bu yoldan döndərmək mümkün olmayacaq. Sülh prosesləri daimi olmur. Ehtiyac yarandığı halda Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı güc yolu ilə azad edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR