Hər şeyi unutduracaq və izləməkdən doymayacağınız 20 film

Hər şeyi unutduracaq və izləməkdən doymayacağınız 20 film
16:48 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Vaxtaşırı insan hər şeydən uzaqlaşıb, divanda sakitcə oturub yorğunluğunu atmaq üçün sadəcə yaxşı bir film izləmək istəyir.

Publika.az belə zamanlar üçün ən ideal hesab olunan filmlərin siyahısını təqdim edir:

“Bu çətindir” (İt’s Complicated)

1050210-R3L8T8D-650-05

Yaxşı ailə filmidir. Ceyn çörəkçi sexi işlədir. Çiynlərində isə boşanma və yeni bir eşq macərası yükü var. Köhnə əri onu geri qaytarmaq üçün əlindən gələni etməyənə kimi həyatının sıradan olduğunu düşünürdü.

“Biz Millerlərik” (We’re the Millers)

1050310-R3L8T8D-650-famlia-2

Film haqlı olaraq komediya adlanır. Burada nə qədər desən insanı güldürəcək yumor var. Devid gənc bir oğlana kömək etmək istəyir. Ancaq onun üzərinə hücum edərək əlindəki hər şeyi alırlar. Qəhrəman pis vəziyyətə düşür. Başına gəlmiş hadisəni bir təhər həll etmək üçün özünə uydurma ailə tapır və təhlükəli səyahətə yollanır.

“1+1” (1+1)

1051210-R3L8T8D-650-nietykalni

Bu kinonun rejissorları və aktyorları dərin mənalı və əyləncəli film yaratmağı bacarıblar. Dram ilə komediyanın vəhdəti o qədər gözəl alınıb ki, insan filmə baxdıqca ancaq zövq alır. Aktyorların seçimi isə sadəcə mükəmməldir.

“Məzuniyyət dəyişik düşəndə” (The Holiday)

1051960-R3L8T8D-650-liebe-keine-ferien-27-xp-szn

Bir-birindən 10000 kilometr aralıda yaşayan iki qadın qəm içindədir. Onlar internet vasitəsilə tanış olur və yaşayış yerlərini bir müddətlik dəyişirlər. İki həftəlik yerlərini dəyişən qadınlar Ayris və Amanda tamamilə həyatlarını dəyişirlər. Çox isti və təsiredici filmdir.

“Kişilər nədən danışır?” (О чем говорят мужчины)

1052110-R3L8T8D-650-53256

Kişilər nədən danışar? Əlbəttə, qadınlardan. Bir də işdən, puldan maşından və futboldan. Amma daha çox qadınlardan. Əgər onlar 2 gün yol gedəcəklərsə, əmin olun ki, çox şeyi müzakirə edəcəklər. Filmə təkrar-təkrar baxmaqdan insan yorulmur.

“Həqiqi məhəbbət” (Love Actually)

1053610-R3L8T8D-650-8d24dc5256

Məhəbbət ətrafımızdakı hər şeyi idarə edir. Öz işçisinə vurulan baş nazirdən tutmuş, sınmış ürəyini “müalicə” etmək üçün Fransaya qaçan yazıçıya qədər.

“Həmişə “hə” de” (YesMan)

1054760-R3L8T8D-650-487624

Cim Kerrinin canlandırdığı qəhrəman depressiyadadır. Düşdüyü durumdan xilas olmaq üçün o, hər kəsə “hə” deməyə qərara alır. Bir andan onun həyatı dəlixanaya çevrilir.

“Mamma Mia!”

1053760-R3L8T8D-650-27420

“Abba” qrupunun mahnıları üzərində qurulmuş musiqili film hətta bu janrı sevməyənlərə də maraqlı gələcək. Film çəkilişləri möhtəşəm dəniz və dağ görüntüsü fonunda aparılır. Aktyor heyəti isə özünün güclü vokal səsləri ilə filmə baxanları heyran qoyur.

“Dəbkeş” (Стиляги)

1055110-R3L8T8D-650-stiljagi_17

1950-ci illərdən çəkilən filmdə gənclərin hər kəs kimi olmaması üçün verdikləri çabadan söhbət gedir. Onlar fərqli musiqiyə qulaq asır və fərqli geyinirlər. Gözəl musiqi və geyimlər sizi başqa dünyaya aparacaq.

“Bir dəfə Veqasda” (Whats happens in Vegas)

1055210-R3L8T8D-650-123

Las-Veqasda dəli kimi bir gecə keçirtdikdən sonra bir-birini tanımayan iki insan səhərə eyni yataqda göz açırlar. Sən demə, onlar evləniblər və böyük məbləğdə cek pot udublar. İndi onlar ağıllı başla bir-birindən bu pulu necə qoparda biləcəkləri barədə planlar qururlar.

“Dostcasına Sevişmək” (Frien whits Benefits)

1063360-R3L8T8D-650-22

Çox pozitiv kinodur. Əsas qəhrəman ciddi münasibətdən boyun qaçırır. O, moda jurnalının baş redaktoru ilə tanış olur, hansı ki, o da ciddi münasibət axtaran qadınlardan yorulub. İlk baxışda hər şeyin asan olduğu görünsə də, bu, heç də belə deyil.

“Axmaq sevgi” (Crazy, stupid love)

1069560-R3L8T8D-650-Crazy2

Ürəkdən gülmək istəyənlər bu filmə baxsınlar. Kol Uiverini həyat yoldaşı aldadıb və o, boşanmaq istəyir. Kol ona həyata başqa cürə baxmağı öyrədən yaraşıqlı Ceykob Palmeranın havadarına çevrilir. Maraqlı qadınlar, gecə əyləncələri, spirtli içkilər. Amma deyəsən bunun istədiyi heç də bu deyil.

“Vəhşilər” (Дикари)

1070760-R3L8T8D-650-f6177bea89

Yay ətirli, yüngül bir filmdir. Avqust ayı, dəniz və maşınları yolun qırağında buraxıb çimməyə gedən insanlar. Burada kimin harada işləməsi və nə qədər pulunun olması önəmli deyil...

“Söz vermək evlənmək demək deyil” (He’s just not that into you)

1076810-R3L8T8D-650-876

Çox qızları gəlinlik maraqlandırır. Bu filmdə fikirləri heç də hər zaman üst-üstə düşməyən, qadın və kişinin çətin münasibətlərindən söhbət gedir. Gərçəkləri əks etdirən, ancaq yüngül və xoşagələn filmdir.

“Sərhədsiz sevgi” (Любовь с акцентом)

1077460-R3L8T8D-650-f_89931

Film əsl saf və günahsız sevgidən danışır. Qəhrəmanlar sevginin heç bir sərhəd tanımadığını ironik yumor ilə sübut edirlər.

“Mayamidə donan” (New in Town)

1077560-R3L8T8D-650-1222

Lyüsi Hill bahalı geyimləri, maşınları və karyeranı çox sevir. Doğma və günəşli Mayamidən soyuq Minnesotaya məzuniyyətə göndərilir. Verilən tapşırığı yerinə yetirmək üçün oranın soyuq iqliminə və yerli sakinlərinə adaptasiya olmalıdır.

“Uğurlar, Cak!” (Good Luck, Chuck)

1077910-R3L8T8D-650-2007GoodLuckChuck003

Gənc diş həkimi maraqlı bir kəşf edir. Həkimlə görüşdən sonra hər qız özünə ideal sevgili tapır. Bir gün həkim də öz yarına rast gəlir. Məhz Cessika Albanın oyununa baxmaq üçün bu filmi izləməyə dəyər.

“Günün mərd adamı” (Knight and day)

1079060-R3L8T8D-650-Knight

Yaraşıqlı agent Millerlə tənha qadın Cun Hevensin hava limanındakı təsadüfü görüş maraqlı hadisələrlə nəticələnir. Belə ki, onlar bir tərəfdən verilən tapşırığı yerinə yetirməli, digər tərəfdən isə onları öldürmək istəyənlərdən canlarını qurtarmalıdırlar.

“Ye, sev, dua et” (Eat, pray, love)

1079160-R3L8T8D-650-009

Evli qadın Elizabet Qilbert günün birində anlayır ki, o istədiyi həyatı yaşamır. Ağrılı boşanmadan sonra dünyaya səyahətə çıxan qadın özü üçün fərqli dünya kəşf edir.

“Ayaqyalın qəmbərliklə” (Barfuss)

1079260-R3L8T8D-650-53270e6ea4c95

Filmdə əsas cəlbedici məqam onun musiqisidir. Nik intihar etmək istəyən bir qızı xilas edir. Qız bundan sonra öz xilaskarını izləyir və bir gün onun qapısına dayanır. Gecə köynəyində və ayaqyalın... Film olsa belə Til Şvayqerin cazibəsinə hansı qadın tap gətirər ki...

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/172895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR